Millimizin baş məşqçisi: "Hollandiya yığması qeyri-peşəkardır"

12.04.2016 | 2573 dəfə oxunub

"İlk olaraq hər kəsi təbrik edirəm. Bu gün gərgin oyun keçdi. Amma nəticədə vəsiqəni biz qazandıq". Stadium.Az xəbər verir ki, bunu futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Tino Perez deyib.

Dünya çempionatının "pley-off" mərhələsinin cavab görüşündə Hollandiya ilə keçirilmiş oyundan sonra ispaniyalı mütəxəssis bunları bildirib:

"Hollandiya yığması qeyri-peşəkardır. Buna baxmayaraq, onlar daha çox maaş alır. Ancaq mən ilyarımdır ki, burada işləyirəm və yüksək nəticə üçün çalışırıq. Dünya çempionatındakı şansımıza gəlincə, bu püşkdən asılıdır. Düşünürəm ki, qrupdan çıxmaq bizim üçün uğur olardı".

"Rövşən cavan qapıçıdır. Bəlkə də 8 və ya 10 oyun keçirib. Amma mən ona inanıram. Maaşla 1 həftə, bir ay oynamaq olar, amma hardasa təsirini göstərir. Bu gün biz yaxşı oynaya bilmədik. Deməzdim ki, rəqib də yaxşı olmadı. Neçə vaxtdır işləyirik. Bizdə milli komanda "Araz Naxçıvan"dan toplanıb. Bir komanda olduğu üçün bu mənim üçün daha asandır" - deyə baş məşqçi bildirib.
 
Tino Perez final mərhələsi üçün heyətdə dəyişikliklərin ola biləcəyini söyləyib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail