"İnter"lə "Kəpəz"in də xəyalı suya düşdü

17.04.2016 | 3039 dəfə oxunub

Daha iki komandanın çempionluq şansı bitib. Stadium.Az xəbər verir ki, söhbət "İnter" və "Kəpəz"dən gedir.

Azərbaycan Premyer Liqasının XXX turunda məhz bu iki klub üz-üzə gəlib və görüş 1:1 hesabı ilə nəticələnib. Lider "Qarabağ"ın "Neftçi"yə səfərdə (2:1) qalib gəlməsi isə turnir cədvəlinin 3-cü və 4-cü pilləsində qərarlaşan "İnter"lə "Kəpəz"in birincilik ümidinin üstündən rəsmən xətt çəkib.

Belə ki, 30 turdan sonra "İnter"in aktivində 49, "Kəpəz"də isə 46 xal var. "Qarabağ" bugünkü qələbədən sonra "bankirlər"i 20, gəncəliləri isə 23 xal qabaqlayıb. Sona 6 tur qaldığını nəzərə alsaq, hər iki komandanın artıq Qurban Qurbanovun kollektivinə çatmasının qeyri-mümkün olduğunu görərik.

"Zirə" sabah "Xəzər Lənkəran"dan ən azı 1 xal ala bilsə, o zaman "Neftçi"nin ikincilik şansı da bitəcək. Sona 6 tur qalmış yalnız "Zirə" "Qarabağ"ı keçmək şansını qoruyur. (apasport)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail