AFFA-dan "Bakı"ya ağır cəza

19.04.2016 | 3134 dəfə oxunub

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Stadium.Az bugünkü iclasda qəbu edilən qərarları olduğu kimi təqdim edir: 

Azərbaycan Premyer Liqasının XXX turunun “Qəbələ” – “Rəvan” matçında “Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur  (maddə 40).

Oyunun 61-ci dəqiqəsində “Rəvan” klubunun 3 №-li futbolçusu Saşa Yunisoğlu ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).

Oyunun 88-ci dəqiqəsində “Qəbələ” klubunun baş məşqçisi Roman Qriqorçuk texniki zona qaydaların pozduğuna görə 1 oyun cəzalanır, klub 1000 manat cərimə olunur (maddə 62).

Azərbaycan Premyer Liqasının XXX turunun “Neftçi” – “Qarabağ” matçında “Neftçi” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur  (maddə 40).

 “Neftçi” – “Qarabağ” matçının 23-cü dəqiqəsində “Neftçi” klubunun futbolçusu  Ruslan Qurbanov sarı vərəqə ilə cəzalandırılıb.

“Neftçi” klubu bu epizodla bağlı İntizam Komitəsinə müraciət ünvanlayaraq öz etirazlarını bildirib.

İntizam Komitəsi oyunun videoyazısını izlədikdən sonra aşağıdakı qərarı qəbul edir:

Oyunun 23-cü dəqiqəsində “Neftçi” klubunun 11 №-li futbolçusu Ruslan Qurbanova simuliyasiyaya görə göstərilmiş sarı vərəqə  hakim tərəfindən epizodun düzgün qiymətləndirilməməsi səbəbindən ləğv olunur  (maddə 19) .

Azərbaycan Premyer Liqasının XXX turunun AZAL – “Sumqayıt” matçında AZAL və “Sumqayıt” klubunun 4 futbolçuları sarı vərəqə ilə cəzalandığları üçün hər iki klub 1000 manat cərimə olunur  (maddə 40).

Əvəzedici heyətlərin XXX turunun “Qəbələ” – “Rəvan” matçında “Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur  (maddə 40).

Əvəzedici heyətlərin XXX turunun “Kəpəz” – “İnter” matçında “Kəpəz” klubunun 11 №-li futbolçusu Zahid Sadıxovhakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır, klub 2000 manat cərimə olunur (maddə 42.3).

Əvəzedici heyətlərin XXX turunun AZAL – “Sumqayıt” matçında “Sumqayıt” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur  (maddə 40).

I Divizionun XXII turunun “Şərurspor” – MOİK matçının 65-ci dəqiqəsində “Şərurspor” klubunun 15 №-li futbolçusu   Əbülfəz Hacıyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).

I Divizionun XXII turunun “Energetik” – “Şahdağ” matçında “Energetik” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur  (maddə 40).

I Divizionun XXII turunun “Göyəzən” – “Ağsu” matçında “Göyəzən” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur  (maddə 40).

I Divizionun XXII turunun “Qaradağ Lökbatan” – “Turan Tovuz” matçında “Turan Tovuz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur  (maddə 40).

Oyunun 90+1-ci dəqiqəsində “Qaradağ Lökbatan” klubunun 16 №-li futbolçusu İmran Təhmirazlı ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).

FIFA 11.04.2016-cı il tarixində AFFA-ya məktub ünvanlayaraq FIFA-nın Nizam-İntizam Komitəsinin “Bakı” klubu haqqında qərar qəbul etdiyini bildirib. Belə ki, “Bakı” klubu ilə həmin klubda çıxış etmiş futbolçu Marius Pena arasında bağlanmış müqavilə şərtlərinə riayət olunmaması səbəbindən klubun cari mövsüm aktivliyindən 6 xal silinməsini tələb edib.

Yuxarıda göstərilənləri nəzərə alaraq AFFA-nın İntizam Komitəsi tərəfindən aşağıdakı qərar qəbul edir:

1. Azərbaycan birinci divizionunda çıxış edən "Bakı" FK-nın cari mövsüm aktivliyindən 6 xal silinsin. PFL



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail