Robert Prosineçki serblər əleyhinə aksiyada

20.04.2016 | 2955 dəfə oxunub

Millimizin baş məşqçisi Robert Prosineçki Xorvatiyada abidə ucaldılması məqsədilə təşkil olunan aksiyaya qoşulub. Stadium.Az xəbər verir ki, abidə 200 min serbiyalının Xorvatiya ərazisindən qovulması ilə əlaqədar Knin şəhərində qoyulacaq.

Bunun üçün lazım olan 800 min avro və ya 6 milyon kuna məbləğində vəsaitin toplanılmasında Xorvatiyanın sabiq prezidenti İvo Yosipoviç, nazirlər, Zaqreb meri Milan Bandiç və veteranlarla yanaşı, keçmiş futbolçulardan Zvonimir Boban, İqor Ştimats, Robert Prosineçki və digər məşhur simalar iştirak edəcək. Onların aprelin 21-də Knində xeyriyyə xarakterli bayram konsertinə qatılacaqları bildirilir. Lakin Prosineçkinin tərcüməçisi Aydın Rüstəmov açıqlamasında baş məşqçinin sabah Xorvatiyada olacağına dair xəbəri təkzib edib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail