Böyükağa Hacıyev: "Heç vaxt ad günü keçirmirəm"

21.04.2016 | 3399 dəfə oxunub

"Heç vaxt ad günü keçirmirəm. Niyə? Çünki bu gün ad günü keçirirəmsə, sabah nəsə xoşagəlməz hadisə baş verir". 

Stadium.Az xəbər verir ki, bu sözləri aprelin 20-də 58 yaşı tamamlanmış AFFA Məşqçilər Komitəsinin üzvü Böyükağa Hacıyev deyib.

Ad gününü ailəsi ilə birgə qeyd etdiyini bildirən B.Hacıyev buna baxmayaraq təbriklərin, hədiyyələrin çox olduğunu vurğulayıb. O, Məşqçilər Komitəsi üzvləri ilə birgə sonuncu - Mingəçevir səfərində iştirak etməməsini də ad günü ilə əlaqələndirib: 
"Həddən çox təbriklər, hədiyyələr gəlir. Ancaq heç kimi dəvət etmirəm. Mingəçevirə ad günümlə bağlı getmədim. Bundan başqa həmişə səfərlərdə üzvlərlə bir yerdə oluram".

"Neftçi" ilə Avropa Liqasının qrup mərhələsinə yüksələn və dəfələrlə ölkə daxilində çempionluq qazanan 58 yaşlı mütəxəssis hələ baş məşqçiliklə bağlı təkliflərin olmadığını deyib və sabiq komandası haqda danışmaq istəməyib: 
"Yaşıl meydanlar üçün darıxmışam. Təkliflər olsa, bu gündən sonra olar. Çünki bir aydan sonra çempionat başa çatır. Təklif gəlsə, əvvəlcə onu dəyərləndirmək lazımdır. Daha sonra oturub söhbət etməliyik. Ortaq məxrəcə gəlsək, işləyərəm. Əvvəl demişdim, yenə təkrar edirəm: "Neftçi" Avropa Liqasına vəsiqə qazandı, daha sonra iki komanda bu uğura imza atdı. Kim zəmanət verə bilər ki, bundan sonra 4 komandamızın hamısı qrup mərhələsinə yüksəlməyəcək? Ümumilikdə isə "Neftçi" ilə bağlı danışmaq istəmirəm. Bu mövzuda suallarınızı Vəli Qasımov və Elnur Məmmədova ünvanlasanız, daha yaxşı olar. Bir şeyi deyə bilərəm ki, mənim vaxtımdakı "Neftçi" ilə indiki "Neftçi" arasındakı fərq çox böyükdür".

Böyükağa Hacıyev 2011-ci ildən "Neftçi"də çalışıb. O, paytaxt klubu ilə 2 dəfə ölkə çempionatının (2011/2012, 2012/2013) qızıl medalına və eyni sayda Azərbaycan Kubokuna (2012/2013, 2013/2014) sahib çıxaraq, Azərbaycan futbolu tarixində ilk dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.(Report)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail