Gəncə şəhər stadionu və məşhur "Gəncə tuneli" haqqında bilmədikləriniz - YAZI

22.04.2016 | 5232 dəfə oxunub

"Kəpəz" ev oyunlarını Gəncə Şəhər Stadionunda keçirir. Stadionun açılışı 1963-cü ildə olub. Klubun ev oyunlarını keçirdiyi bu stadion 27.000 azarkeş tutumu ilə Azərbaycanda bir kluba məxsus ən böyük stadiondur. Ümumilikdə isə Gəncə Şəhər Stadionu Bakı Olimpiya Stadionu və "Tofiq Bəhramov Adına Resbublika" stadionundan sonra ölkənin üçüncü ən böyük futbol stadionudur. Azərbaycan futbolunda qeydə alınmış bütün azarkeş rekordları da, məhz bu stadiona məxsusdur. Stadionun azarkeş tutumunun 27.000 olmasına baxmayaraq SSSR çempionatları dövründə və 20-ci əsrin 90-cı illərində klubun avrokuboklardakı çıxışı zamanı 30.000 və daha artıq azarkeş saylarının qeydə alındığı xeyli sayda oyunlar olub.

"Gəncə Tuneli" bu stadionda komandalar meydançaya daxil olan zaman tunelden çıxırlar ki, bu cür tuneldə Azərbaycan stadionları arasında yalnız Gəncə Şəhər Stadionuna məxsusdur. Həmin sözü gedən tuneldə vaxtı ilə baş verənlər isə tarixin yaddaşına həkk olunub və demək olar ki, artıq əfsanəyə çevrilib. Belə ki, 90-cı illərdə "Kəpəz"in Gəncədəki oyunları zamanı baş vermiş hakim səhvləri və "Kəpəz"ə qarşı qərəzli hakim qərarları ucbatından dəfələrlə gəncəli azarkeşlər oyun sonrası müxtəlif yollarla bu tunelə daxil olaraq hakimləri və rəqib komandanın futbolçularını döyərək ağır xəsarətlər yetirmişlər. Tunel uzun və dönmələrdən ibarət olduğundan, işıqlar söndürüldüyü zaman hər tərəf qaranlığa bürünür və vahiməli bir görüntü ortaya çıxır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail