"Turan" "Barselona"yla əməkdaşlığa başladı

24.10.2011 | 6505 dəfə oxunub

Premyer Liqadakı çıxışlarında artıq özünə gəlməyə başlayan “Turan” klubu bu dəfə maraqlı addımla çıxış edib. Stadium.az xəbər verir ki, Tovuz təmsilçisi İspaniyanın “Barselona” komandası ilə əməkdaşlığa başlayıb.

Klubun prezidenti Musa Süleymanovun təşəbbüsü ilə reallaşan bu əməkdaşlıq çərçivəsində “Barselona” komandasından olan nümayəndə heyəti oktyabrın 29-da Azərbaycana gələrək Tovuza yollanacaq. Burada 2 gün ərzində seleksiya işləri görəcək ispaniyalı məşqçilər 13-16 yaşarası 11 nəfərlik heyət müəyyənləşdirməklə İspaniyaya aparacaqlar.

Həmin yeniyetmə futbolçular “Barselona” Futbol Akademiyasında 2 il ərzində futbol biliklərini artıracaqlar. Əldə etdiyimiz məlumata görə, artıq bununla bağlı “Turan” klubu məktubla həmçinin AFFA-ya da müraciət edib ki, əgər oktyabrın 30-u və 31-də olan baxışda digər klublardan da iştirak etmək istəyən futbolçu varsa, onda Tovuza gələ bilər.

Qeyd edək ki, bu işin maliyyə tərəfi “Turan” klubu tərəfindən ödəniləcək. Yəni "Barselona"ya yollanacaq 11 nəfərlik heyətin bütün maliyyə xərclərini "Turan" futbol klubu ödəyəcək.

Mundial.az



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail