"Neftçi" - "Qarabağ": 57 görüş, hərəyə 12 qələbə

24.10.2011 | 6900 dəfə oxunub

Sabah Azərbaycan derbisi baş tutacaq. Stadium.az xəbər verir ki, çempionatın ilk turundan təxirə salınmış oyunda “Qarabağ” “Neftçi”ylə qarşılaşacaq.
 
Bütün çempionatların iştirakçısı olan tərəflər tarixlərində 57-ci, çempionatlarda isə 45-ci dəfə qarşılaşaqlar. “Qarabağ” Futbol Klubunun mətbuat xidməti ənənəvi olaraq derbi öncəsi qarışdurmayla bağlı maraqlı məqamları oxuculara çatdırıb.
 
* İndiyə kimi tərəflər arasında 56 oyun keçirilib
* 56 oyunun 44-ü çempionatda, 12-si isə kubokda baş tutub
* Hər 2 klub bütün çempionatların iştirakçısı olsa da, 1993-cü ildə baş tutan 2-ci çempionatda tərəflər reqlamentlə əlaqədar üz-üzə gəlməyiblər
*  Çempionatda tərəflər hərəyə 12 qələbə qazanıb. 2000-2001 mövsümündə “Neftçi”yə 3:0-lıq texniki qələbə verilib
* “Qarabağ” kubokda 5 dəfə qələbə qazansa da, rəqib 3 dəfə qələbəyə sevinib
* 56 oyunda “Neftçi” 50, “Qarabağ” 42 qol vurub
* “Qarabağ” səfərdə “ağ-qaralar”a 2006-cı ilin fevralın 16-da məğlub olduqdan sonra ötən ilin noyabrın 28-inə kimi 1873 gün rəqibinə 11 oyunda uduzmamaqla ən uğurlu seriyanı əldə edib
* “Qarabağ” – “Neftçi” duellərində ən çox qol vuran futbolçu Müşfiq Hüseynovdu (8)
* “Neftçi”nin heyətində “Qarabağ”a ən çox qol vurmuş Qurban Qurbanovdu (5)
* “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov, köməkçisi Müşfiq Hüseynovdu
* Nazim Əliyev, Georgi Adamiya, Tərlan Əhmədov, Vidadi Rzayev hər 2 komandanın heyətində fərqlənən futbolçulardı
* Səttar Əliyev “Neftçi”yə qol vurmaqla yanaşı bir oyunda avtoqola imza atıb
* Duellər tarixində 2-ci avtoqola isə Elxan Müslümov imza atıb (“Qarabağ”)
* Duellər ərzində tərəflər hərəyə 2 dəfə (“Qarabağ” - Mehman Alışanov, Emin Salmanov. “Neftçi” -  Qurban Qurbanov, Yunis Hüseynov) penaltidən qola sevinsələr də, mayın 13-də Adamiya fərqlənməklə “Qarabağ”ı bir addım önə çıxarıb
* Adamiya eyni zamanda duellər tarixində het-trik edən yeganə futbolçudu.  30 yaşlı forvard sabiq komandasına 3 qol vurmaqla “Qarabağ”ın “Neftçi” üzərində yeganə böyükhesablı qələbəsini qazandırıb
* Elə “Neftçi” də cəmi bir dəfə bunu bacarıb. 2000-ci ilin noyabrın 4-də Respublika stadionunda “ağ-qaralar”ın 4:0-lıq qələbəsi qeydə alınıb
* Elə həmin çempionatda “Qarabağ”ın heyətində lisenziyası olmayan futbolçular meydana çıxdığına görə “Neftçi”yə texniki qələbə verilib.
* “Neftçi”yə ötən mövsümkü məğlubiyyətə qədər “ağ-qaralar” “Qarabağ”ı yendiyi zaman (27 aprel 2007, 0:2) baş məşqçisi Qurban Qurbanov olub. Qollardan birinə isə hazırda “Qarabağ”ın şərəfini qoruyan Adamiya imza atıb.
* Tərəflər arasında mücadilə ən çox 2003-04 mövsümündə azarkeş toplayıb (15500)
* “Qarabağ”la “Neftçi” arasında sadəcə 1 oyunda vərəqə göstərilməyib. Həmin oyundan 11 il keçir
* İndiyə kimi derbidə 9 qırmızı vərəqə göstərilib
* Aslan Kərimov  2 dəfə meydanı vaxtından əvvəl tərk etməklə liderdi
* Qırmızı vərəqə alanlardan Arif Əsədov “Neftçi”nin baş məşqçisi olub, Elçin Rəhmanov isə hazırda “Qarabağ”ın məşqçisidi
* Hazırda 7 futbolçu hər 2 komandanın heyətində top qovub
* Tərəflər ən çox Respublika stadionunda qarşılaşıblar - 27 dəfə
* İndiyə kimi tərəflər 5 şəhər, 4 qəsəbə, 11 stadionda üz-üzə gəliblər
* Derbini ən çox Xəqani Məmmədov (11), Rövşən Əhmədov  (8) Vüsal Əliyev  (7) idarə ediblər.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail