Millimiz Rioya tam heyətlə gedəcək

24.04.2016 | 3366 dəfə oxunub

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında Azərbaycanın sərbəst güləş yığması tam heyətlə təmsil olunacaq. 

Yığma üçün sonuncu lisenziyaya Monqolustanın paytaxtı Ulan-Batorda keçirilən I Dünya Təsnifat Turnirində Mircəlal Həsənzadə yiyələnib.

57 kq çəki dərəcəsində çıxış edən Həsənzadə finaladək irəliləməyi bacarıb. 1/8 final mərhələsindən mübarizəyə başlayan güləşçi əvvəlçə qvatemalalı Etan Tomapanı 55 saniyəyə, ardından moldovalı Aleksandru Çirtoakanı tam üstünlüklə (10:0) yenib. Yarımfinalda hindistanlı Sandip Tomarla görüş 8:8 hesablı heç-heçə ilə nəticələnsə də, xalların keyfiyyəti və son xalı qazandığına görə qələbə Həsənzadəyə verilib. Finalda onun rəqibi rumıniyalı İvan Quidya olacaq.

Reqlamentə əsasən, qadın güləşi yarışlarında turnirin finalına yüksələn hər bir güləşçi Olimpiadaya vəsiqəni təmin edir. Sərbəst və yunan-Roma güləşi yarışlarında isə finalçılarla yanaşı, bir üçüncü yerin sahibi də Olimpiya vəsiqəsi qazanır. Bu isə final görüşündəki nəticədən asılı olmayaraq, Həsənzadənin "Rio-2016"ya lisenziya qazandığı anlamına gəlir.

Qeyd edək ki, Azərbaycanın güləş yığmaları aktivindəki lisenziya sayını 13-ə çatdırıb. Sərbəst güləş üzrə bütün 6 çəkidə olimpiadaya vəsiqə qazanılıbsa, yunan-Roma güləşində 4, qadın güləşində isə 3 vəsiqə əldə olunub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail