Tərlan Əhmədov: "Tapacağım bir söz yoxdur"

25.04.2016 | 3554 dəfə oxunub

AZAL Azərbaycan Premyer Liqasının XXXI turunda səfərdə "Rəvan"a 1:0 hesabıyla məğlub oldu. Stadium.Az xəbər verir ki, komandanın baş məşqçisi Tərlan Əhmədov oyundan sonra jurnalistlərin suallarını cavablandırıb: 

- Tapacağım bir söz yoxdur. Bu oyunun daha ağır keçəcəyini əvvəldən təxmin etmişdik. Rəqibi təbrik edirəm. Layiqli qələbə qazandılar. Məğlubiyyətin əsas səbəbkarı mənəm. Çünki futbolçuları oyuna kökləyə bilməmişdim. Bir də ki hələ səfər sindromunu qıra bilmirik. Qalan 5 turda maksimum xal yığmağa çalışacağıq. Rəqib daha istəkli idi. Qarşıda "Xəzər Lənkəran"la daha ağır oyunumuz var. 
 
- Oyunçulardan çox narazı idiniz. Belə demək olarmı ki, AZAL ən zəif oyununu oynadı?

- Heyətdəki itkilərimiz öz sözünü dedi. Komanda potensialından, futbolçular bacardıqlarından aşağı çıxış etdi. Ona görə aqressiv idim. Murad Səttaralı Emin Cəfərquliyevin olmamağı oyunumuza öz təsirni göstərdi. Ancaq futbol bununla bitmir. Bundan nəticə çıxardıb qarşıdakı oyunlara daha yaxşı hazırlaşmalıyıq



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail