Sadıq Sadıqov: "Möhtəşəm turniri yüksək səviyyədə təşkil edəcəyik"

28.04.2016 | 3667 dəfə oxunub

Mayın 6-8-də Bakıda keçiriləcək cüdo üzrə “Böyük dəbilqə” turnirinin yerli Təşkilat Komitəsinin hesabat xarakterli iclası baş tutub. Azərbaycan Cüdo Federasiyasından (ACF) Stadium.Az-a verilən məlumata görə, tədbirdə gənclər və idman naziri Azad Rəhimov və ACF-in prezidenti Rövnəq Abdullayev də iştirak ediblər.

İclasda komitə üzvləri turnirə hazırlıqla bağlı görülən işlər haqda geniş məlumat veriblər. Eyni zamanda, bundan sonra hazırlıq işlərinin davam etdirilməsi və görüləcək işlərlə bağlı müxtəlif təkliflər səsləndirilib, müzakirə olunub. ACF-in vitse-prezidenti Sadıq Sadıqov çıxış edərək bildirib ki, “Böyük dəbilqə” turnirində 86 ölkədən 552 idmançı mübarizə aparacaq.

O, görülən işlər haqda məlumat verib və qeyd edib ki, Azərbaycan idman ölkəsi olaraq belə tədbirin keçirilməsində böyük təcrübəyə malikdi: “Biz bu təcrübədən istifadə edərək möhtəşəm turniri də yüksək səviyyədə təşkil edəcəyik. Beynəlxalq Cüdo Federasiyasının işçi qrupu da ölkəmizdə olub. Onlar görülən işlərlə tanış olublar, baxış keçiriblər və bəyəniblər”.

Vitse-prezident sonda onu da vurğulayıb ki, işçi qrupunun razı qalması və müsbət fikri də işlərin istənilən səviyyədə getdiyindən xəbər verir. Tədbirin sonunda “Böyük dəbilqə”nin keçiriləcəyi günlər ərzində qonaqların qəbulu, yerləşdirilməsi, otel, qidalanma və xüsusilə də təşkilati işlərin həyata keçirilməsi məsələləri müzakirə edilib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail