"Reaynaldonun transferini düşünürdüm" - Şenol Günəş

01.05.2016 | 5993 dəfə oxunub

Ötən gün Türkiyə Super Liqasının 31-ci turu çərçivəsində keçirilmiş oyunda “Beşiktaş" -  "Kayserispor" üzərində 4:0 hesablı qələbə qazandı. Stadium.Az xəbər verir ki, “Beşiktaş”ın baş məşqçisi Şenol Günəşin oyunsonrası mətbuat konfransda iştirak edənlər arasında "Olimpsport.az"ın əməkdaşı da olub.

Şenol Günəş türkiyəli jurnalistlərlə yanaşı, "Olimpsport.az"ın əməkdaşının da sualını cavablandırıb:

- Sizi Azərbaycan xalqı adından salamlayıram. Bizim pz torpaqları işğal altında olan bir komandamız var, rəngləridə “ağ-qara” - "Qarabağ". Buna baxmayaraq, “Qarabağ” son illər Avropa Liqasında qrup mərhələsində oynayır və hazırda çempionluğa əsas namizəddir. Ağdam klubu haqqında məlumatınız varmı? Əgər həm onlar, həm də "Beşiktaş" qızıl medallara sahib çıxarsa, iki qardaş ölkə çempionlarının uyğun bir vaxtda dostluq oyunu keçirməsi mümkündürmü?

- “Qarabağ”la dostluq oyunu keçirməkdən şərəf duyarıq. Həm Azərbaycanla da birgəliyimiz var. Eyni duyğuları paylaşırıq. Ölkə olaraq, millət olaraq birlikdəyik. "Qarabağ" haqqında məlumatım var. Çox yaxşı bir hücumçuları da var, səhv etmirəmsə Reynaldodur. Çox gözəl oyunçudur. Mən onu keçən il “Bursaspor”da işlədiyim zaman izləmişdim və hətta transferini fikirləşirdim də. Komandanı tanıyıram. Avropa kuboklarında çox yaxşı nəticələr qazanıb . Düşünürəm ki, bu komanda ilə Bakıda, ya da Türkiyədə qarşılaşmaq çox gözəl olardı”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail