"Neftçi" "Qarabağ" üzərində dramatik qələbə qazandı - YENİLƏNİB

25.10.2011 | 8449 dəfə oxunub

Bu gün Premyer Liqanın 1-ci turundan təxirə salınmış oyun keçirilib. Stadium.az xəbər verir ki, "Neftçi" Bakıxanov qəsəbəsində "Qarabağ"ı qəbul edib.

Görüşə Ağdam klubu fəal başlayıb və ilk dəqiqələrdə hesabı açıb. Daha sonra üstünlüyünü 2 topa çatdıran "Qarabağ"ın arxayınlaşması "Neftçi"nin təşəbbüsü ələ almasına səbəb olub. "Ağ-qaralar" fasiləyə qədər hesab arasındakı fərqi azaldıb. Rəşad Abdullayev möhtəşəm zərbə ilə Pavloviçi məyus edib.

İkinci hissədə isə, belə demək mümkünsə, meydanda yalnız "Neftçi"nin oyunu gözə çarpıb. Ardıcıl hücumlar təşkil edən komanda əvvəlcə hesabı bərabərləşdirib, daha sonra isə qələbə topunu vurub. Matçın sonuna qədər Qurban Qurbanovun komandası çox çalışsa da, məğlubiyyətdən xilas ola bilməyib və "Neftçi" 0:2 hesabı ilə geri düşdüyü qarşılaşmada əzmkar, bir o qədər də dramatik qələbə qazanıb.


Premyer Liqa
1-ci tur, təxirə salınmış matç

25 oktyabr

15:00. "Neftçi" – "Qarabağ" - 3:2
Qollar: Rəşad Abdullayev, 27 (1:2). Admir Teli, 68-öz qapısına (2:2). Flavinyo, 73 (3:2) - Əfran İsmayılov, 4 (0:1). Əfran İsmayılov, 24 (0:2)
Hakimlər: Rövşən Əhmədov, Elman Musayev, İlham Əliyev, Əliyar Ağayev
AFFA nümayəndəsi: Şaiq Həmidov
Hakim-inspektor: Xaqani Məmmədov
İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu.

Turnir cədvəli:


KomandaOQHMQollarXallar
1Xəzər Lənkəran1072116-723
2Neftçi1061315-919
3İnter105328-618
4Qarabağ1052313-917
5Bakı1044211-816
6Qəbələ1043312-1115

7Rəvan1034313-1313
8Kəpəz1033415-1612
9Turan103168-1310
10AZAL1024411-1410
11Simurq102257-128
12Sumqayıt Şəhər100373-143

Bombardirlər:

1. Sergey Artyux - "Turan" - 5 qol (2)
2. Ceyhun Sultanov - "Kəpəz" - 4 qol
3. Yuri Fomenko - "Kəpəz" - 4 qol
4. Luiz Hilario - "Qəbələ" - 4 qol
5. Rauf Əliyev - "Qarabağ" - 3 qol
6. Emeka Opara - "Xəzər Lənkəran" - 3 qol
7. Bahodir Nasimov - "Neftçi" - 3 qol
8. Georgi Adamiya - "Qarabağ" - 3 qol
9. Uinston Parks - "Bakı" - 3 qol



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail