4 federasiya rəsmisi "Neftçi" - "Qarabağ" matçında

25.10.2011 | 4758 dəfə oxunub

AFFA-nın dəvəti ilə Türkmənistan Futbol Federasiyasının baş katibi Meret Satılov, Qırğızıstan Futbol Federasiyasının baş katibi Nurtazin Cetibayev, Tacikistan Futbol Federasiyasının baş katibi Şirali Davlatov və Özbəkistan Futbol Federasiyasının baş katibi Sərdor Raxmatullayev Bakıya gəlib.

Stadium.az xəbər verir ki, bu gün AFFA-nın inzibati binasında baş katib Elxan Məmmədov və adları qeyd olunan federasiyalarda müvafiq vəzifədə çalışan qonaqlar arasında görüş keçirilib. Görüşdə futbolun inkişafı ilə bağlı qarşılıqlı əməkdaşlıq barədə ətraflı müzakirələr aparılıb. Bu il iyunun 9-dan 16-dək olan müddətdə Bakıda AFFA tərəfindən keçirilmiş Caspian Cup turnirinin yüksək səviyyədə  təşkil olunduğu xüsusi vurğulanıb, turnirin növbəti mövsüm üçün planı müzakirə olunub. Müzkirələrdə UEFA nümayəndəsi də iştirak edib.

Səfər proqramı çərçivəsində qonaqlar AFFA Futbol Mərkəzindəki "Dalğa Arena"ya gedərək kütləvi futbola həsr olunmuş tədbirlərlə tanış olacaq, həmçinin bu gün İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda keçiriləcək Azərbaycan Premyer Liqasının I turundan təxirə salınmış "Neftçi" –  "Qarabağ" oyununu izləyəcəklər.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail