AFFA hakim səhvi aşkarladı, "Bakı"ya ciddi xəbərdarlıq

25.10.2011 | 6298 dəfə oxunub

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Stadium.az xəbər verir ki, iclasda Premyer Liqanın ötən turunda keçirilmiş oyunlarda baş vermiş qayda pozuntuları da müzakirə edilib və aşağıdakı qərarlar qəbul olunub.

"Bakı"– "Xəzər Lənkəran" matçının 73-cü dəqiqəsində "Bakı"nın futbolçusu Cəmşid Məhərrəmov kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 200  manat cərimə olunub.

Oyunun 90+3-cü dəqiqəsində "Xəzər Lənkəran"ın futbolçusu Alim Qurbanov kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 200  manat cərimə olunub.


Matçın 65 və 90+3-cü dəqiqəsində "Bakı"nın azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat cərimə olunub. Oyunun 83-cü dəqiqəsində “Bakı”nın məşqçisi Novruz Əzimov texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 1000 manat cərimə olunub.

Matçda Premyer Liqanın himni ifa olunmadığı üçün "Bakı"ya xəbərdarlıq edilib. Analoji hadisənin təkrarlanacağı təqdirdə kluba qarşı daha ciddi sanksiyalar tətbiq olunacaq.

Stadionda  "Xəzər Lənkəran"ın azarkeşləri yerləşən sektorda azarkeşlər  tərəfindən 4 ədəd oturacaq sındırılıb. Bu səbəbdən "Xəzər Lənkəran"ın dəymiş zərərə uyğun olaraq "Bakı"nın təqdim edəcəyi hesab əsasında ödəmə etməsi qərarlaşdırılıb.

"Kəpəz" – "Neftçi" matçının 90+3-cü dəqiqəsində "Kəpəz"in azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat cərimə olunub.

AZAL – "Rəvan" matçında "Rəvan"ın 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

Matçın 60-cı dəqiqəsində "Rəvan"ın futbolçusu Con Peluya simulyasiyaya görə sarı vərəqə göstərilib. Lakin matçın video yazısını izlədikdən sonra adıçəkilən futbolçuya qarşı kobud oynanıldığı  və hakimin qərarının yalnış olduğu aşkar edilib. Bu səbəbdən də futbolçuya göstərilən sarı vərəqə ləğv edilib.
 
"Turan" – "Sumqayıt Şəhər" matçında "Turan"ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail