Darmadağın olan millimizin baş məşqçisi: "Qrupdan çıxacağıq"

06.05.2016 | 3517 dəfə oxunub

Azərbaycan U-17 millisi Bakıda keçirilən Avropa çempionatının ilk oyununda Portuqaliyaya 5 cavabsız qolla məğlub oldu. Stadium.Az xəbər verir ki, oyundan sonra millimizin baş məşqçisi Təbriz Həsənov qarşılaşma barədə belə danışıb:

“Bu hesabla uduzacağımızı gözləmirdim. Ən çox ehtiyat etdiyim erkən qol buraxmağımız idi. Bu da baş verdi. Ən zəif oyunumuzu oynadıq. Portuqaliyanın bütün komponentlərdə bizdən üstün olduğunu gördük.

Növbəti oyunlara komandanı psixoloji cəhətdən hazırlamaq çətin olacaq. Məsuliyyət mənim boynumdadır. Mənim haqqımda nə istəsəz, yaza bilərsiz, amma futbolçularımın üstünə getməyin. Qarşıda hələ 2 oyunumuz var. Inanıram ki, həmin oyunlarda qalib gəlməklə qrupdan çıxacağıq.

Mən də azərbaycanləyam, istəməzdim ki, belə uduzaq. Amma qarşıda daha 2 oyunumuz var. Şansımız tükənməyib.

Hazırda hazırlıqdan danışmaq üçün tezdir. 2 oyunu da keçirək, sonra bu haqda danışarıq. Amma unutmayın ki, futbolçular əsas hazırlığı mənim yanımda keçmirlər.

Bu gün heyətə dəvət etdiyim futbolçularımın hamısı klublarında əvəzedici heyətdə çıxış edirlər. 17 yaşlıların çempionatında çıxış edən futbolçu burda 5 dəqiqə də oynaya bilməz. 17 yaşlıların çempionatını məndən çox gəzən yoxdur. Lakin orada yığmanı gücləndirəcək futbolçu yoxdur. Bu gün ən güclülər milliyə dəvət alıb”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail