Bakıda "Böyük Dəbilqə"də ikinci gün: Daha bir bürünc medal - YENİLƏNİB

07.05.2016 | 4071 dəfə oxunub

Bakıda keçirilən "Böyük dəbilqə" turnirində bu gün Azərbaycanın 9 cüdoçusu çıxış edir. Stadium.Az xəbər verir ki, kişilərin yarışında 73 kq və 81 kq çəki dərəcələrində üst-üstə 8 təmsilçimiz mübarizə aparır. 

63 kq çəkidə isə yeganə qadın cüdoçumuz Gülsədəf Kərimova yer alıb. 

73 kq 
1/16 final. Rüstəm Orucov Tohar Butbulu (İsrail) 10 saniyəyə ipponla yenib. 1/8 finalda onun rəqibi Maqdiel Estrada (Kuba) olub. Orucov bu görüşdən də rəqibinin passivinə yazılan 3 cərimə xalı hesabına qalib ayrılıb və 1/4 finala çıxıb. Onun növbəti rəqibi Dmitri Kanivets (Ukrayna) olub. Görüş Kanivetsin 17-ci saniyədəcə tətbiq etdiyi ippon sayəsində qələbəsi ilə yekunlaşıb. Orucov təsəlliverici görüşlərə qatılacaq. Bu mərhələdə ilk rəqib Georgios Azoidis (Yunanıstan) olub. Orucov 2 dəqiqə 46 saniyəyə ipponla qalib gəlib. Bürünc medal uğrunda həlledici qarşılaşmada isə təmsilçimiz 2012-ci il London Yay Olimpiya Oyunlarının gümüş, ötənilki Böyük dəbilqənin bürünc mükafatçısı Mikloş Unqvari (Macarıstan) ilə üz-üzə gəlib.    
 
Orucov rəqibinin daha çox - 3 cərimə xalı alması səbəbindən qələbəyə nail olub. Onun özü isə cəmi 2 cərimə xalı alıb. Beləliklə, istedadlı cüdoçu "Böyük dəbilqə" turnirlərindən 6-cı medalına sahib çıxıb. O, həm də son 15 gündə 2-ci medalını qazanıb. Orucov aprelin 22-də Avropa çempionu olub. 

Bu, Azərbaycan cüdoçularının "Böyük dəbilqə" turnirində 2-ci bürünc medalı olub. Ötən gün Tərlan Kərimov (66 kq) da bürünc medala yiyələnib. 
 
1/16 final. Vüqar Bayramov Yaromir Yezekə (Çexiya) ipponla qalib gəlib. Növbəti rəqib Georgios Azoidis (Yunanıstan) olub. Bu görüşdə Bayramov uduzaraq, mübarizəni dayandırıb.
1/32 final. İsmayıl Piriyev Fridon Giqaniyə (Gürcüstan) uduzaraq, mübarizəni dayandırıb. 
1/16 final. Fəqan Quluzadə Kiyoşi Uematsuyə (İspaniya) 22 saniyəyə ipponla uduzub.

81 kq 
1/16 final. Əbdülhəqq Rəsullu Emirhan Yücelə (Türkiyə) qalib gəlib. 1/8 finalda onun rəqibi Takonori Naqase (Yaponiya) olub. Rəsullu ipponla uduzaraq, mübarizəni dayandırıb. 
1/32 final. Rüstəm Alimli Konstantin Ovçinnikova (Latviya) uduzaraq, mübarizəni dayandırıb. 
1/32 final. Ziya Namazov Seyid Mollayiyə (İran) qalib gəlsə də, 1/16 finalda Eoyn Kuqlana (Avstraliya) uduzaraq, mübarizəni dayandırıb.
1/16 final. Elvin Əhmədli İvan Felipe Silva Moralesə (Kuba) uduzaraq, mübarizəni dayandırıb.   

63 kq
1/16 final. Gülsədəf Kərimova Anikka van Emdenə (Hollandiya) uduzaraq, mübarizəni dayandırıb.

İlk yarış günündə Tərlan Kərimov (66 kq) bürünc medal qazanıb. İlqar Müşkiyev (60 kq) isə 7-ci olub. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail