Vladislav Qədirov: "Bir müdafiəçi və bir hücumçu transfer etməyi planlaşdırırıq"

25.10.2011 | 4923 dəfə oxunub

Vladislav Qədirovun “Rəvan” klubuna baş məşqçi təyin olunmasından sonra komanda keçirdiyi dörd oyundan üçündə qalib gəlib, bir qarşılaşmada isə heç-heçə edib. Ard-arda qazandığı qələbələr nəticəsində “Rəvan” turnir cədvəlində yeddinci pilləyə yüksələ bilib. “Rəvan” klubunun baş məşqçisi Vladislav Qədirovun PFL-in rəsmi saytına müsahibəsini diqqətinizə çatdırırıq. 

- “Rəvan” ötən tur səfərdə AZAL-ı 2:1 hesabı ilə məğlub edərək turnir cədvəlində yeddinci pilləyə yüksəlib. Bu oyun haqqında nə deyə bilərsiniz?
- Bu oyundan əvvəl bəzi analizlər apardıq. AZAL-ın son turlarda keçirdiyi oyunları təhlil etdik. Bilirdik ki, çətin oyun olacaq. Çünki, onlara da xal lazım idi. İki komandadan hansı qələbə qazansa, o da irəliyə gedəcəkdi. Son dəqiqələrdə vurduğumuz qol sayəsində qələbə qazandıq. 

- Komandada hansı futbolçunun oyunu sizi daha çox qane edir?
- Mən konkret hansısa futbolçunun adını çəkmək istəmirəm. Əsas kollektiv oyun göstərməkdir. Düzdür, hər mövqenin öz lider futbolçusu var və onlar da qarşıya qoyulan tapşırıqların öhdəsindən gələ bilirlər. Müdafiə xəttində Miloş Zeçeviç, Ekrem Hodziç gözəl oyun nümayiş etdirirlər. Eyni zamanda, Tural Axundov da müdafiədə etibarlı oynayır. Miloş Zeçeviç və Ekrem Hodziç vurduqları qollarla komandanın qələbə qazanmasında vacib rol oynayırlar. Komandanın hücum xəttində isə Con Pelunun oyunu məni daha çox qane edir. 

- “Rəvan” Unibank Premyer Liqasında 13 qol vurub, eyni zamanda qapısından da 13 top buraxıb. Bu, komandanın müdafiə xəttində problemlərin olmasının göstəricisidir. Bu problemləri aradan qaldırmaq üçün hansı tədbirlər görməyi planlaşdırırsız?
- Həqiqətən də, müdafiə xəttində müəyyən boşluqlar var. Bu da nəticədə öz mənfi təsirini göstərir. Qış fasiləsində mütləq bir müdafiəçi və bir hücumçu transfer etməyi planlaşdırırıq. Bununla da heyəti gücləndirməyi düşünürük. Çalışacağıq ki, müdafiəçi yerli futbolçu olsun. Ancaq ölkəmizdə güclü hücumçuların az olması, olanların da başqa komandalar ilə müqaviləsinin olması səbəbilə legioner hücumçu transfer etməyi planlaşdırırıq. 

- Növbəti turda  daha bir güclü rəqib – “İnter”i qəbul edəcəksiniz. Bu oyun haqqında nə söyləyə bilərsiniz? 
- Hər həftənin orta günləri komanda ilə bir araya gəlib həm ötən oyunu, həm də növbəti turdakı oyunu təhlil edirik. “İnter” ilə oyuna da ciddi hazırlaşırıq. “İnter”in oyununu izləmişik, güclü komandadır. Fikrimcə, gərgin oyun olacaq”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail