"Bildiyim qədərilə onlar bizim texniki direktor Bernard Lippertlə əlaqə saxlayıblar" - MÜSAHİBƏ

11.05.2016 | 3089 dəfə oxunub

Azərbaycanın U-17 millisinin baş məşqçisi Təbriz Həsənov AÇ-2016-nın qrup mərhələsi çərçivəsində Şotlandiyaya qalib gəldikləri (1:0) oyundan sonra jurnalistlərin suallarını cavablandırıb: 

- Oyun bizim üstünlüyümüzlə keçdi. Qalib gəldiyimizə görə sevinirəm. Təəssüf ki, qrupdan çıxa bilmədik. Uşaqlara təşəkkür edirəm. Onlar bu gün mübarizə apardılar. İlk oyundakı böyük hesablı məğlubiyyətdən sonra toparlana bildilər. 

- Bu gün Murad Popov start heyətində çıxmışdı. Əvvəllər "18"-liyə düşməyən qapıçı necə oldu əsas heyətdə meydana çıxdı?
- Bizdə 3 qapıçı var. İtaliyadakı kimi bir neçə eyni səviyyəli qapıçımız yoxdu. Bizim 3 qapıçımız var ki, üçü də eyni səviyyədədi. Popov 18-liyə düşməsə də, sonradan məşqlərdə yaxşı təsir bağışladı. Əsas qapıçımız zədə aldığınıdan, Popovu heyətə daxil etdik. Bu gün yaxşı oyun nümayiş etdirdi.

- Gələcəkdə U-17-nin baş məşqçisi kimi qalsaz, uşaq futbolundakı problemləri nəzərdə saxlayacaqsız?
- Hamınız oyunlara baxırsız. Bu gün Şotlandiya millisinin oyunçularının sürətini gördüz yəqin. Onlarda məktəb var. Bizim oyunçulardan Murad Almaniyada çıxış edir. Onun sürəti göz qabağındadı. Məncə, uşaq futbolunda sürət cəhətdən problem var.

- İlk oyunda Olimpiya stadionunda böyük hesabla uduzduz. Bundan sonrakı iki oyunu isə bu stadionda keçirdiz və uduzmadız. İlk oyunu Olimpiya stadionunda keçirdiyinizə görə peşman deyilsiz ki? 
- Mənim əlimdə olsa, o stadionda oynamağa icazə verməzdim. Keçən oyunda Murad Mahmudovun epizodu qol olsaydı, indi bəlkə də biz gələn oyunlara hazırlaşırdıq.

- Keçən oyunda demişdiz ki, komandada oyun praktikası çatışmır...
- Mənim U-17-lərlə işim burda bitir. Şotlandiya və Belçika bura birbaşa gəlməyiblər. Onlar seçmə mərhələdə qalib gəliblər. Bizim oyunçular da gələcəkdə öz üzərində işləyərək artıra bilərlər.

- Milliləşmiş oyunçulardan bəziləri ehtiyatda qaldı. Doğukan Öksüzü də tez əvəzlədiz. Demək olar ki, milliləşmiş oyunçular özünü doğrultmadı?
- Doğukan bu gün zəif oynadı. Ancaq onlar bir neçə ildi bizim komandadadılar. Mənim ən narazı qaldığım mövqe hücum xəttidi. O ki qaldı yeni gələnlərə, bizim müdafiəçilər zədəli idi. Buna görə yeni oyunçular cəlb etməli idik. Seyliğli pis təsir bağışlamadı. Doğukan özünü yaxşı göstərə bilmədi. Təəssüflənsəm də, təəssüflənməsəm də, olanımız budu.

- Turnirdən öncə millimizin ikinci pillədən cəmi 1 xal geri qalacağını gözləyirdiz?
- Mən komandama inanırdım. Portuqaliyanın güclü olduğunu bilirdim. 4 xal topladıq, ancaq qrupdan çıxa bilmədik. Burda qalan komandalar deyirlər ki, heç yerdə belə Avropa çempionatı görməyiblər. Məsələn keçən il Bolqarıstanda təşkil edilən yarışda stadionların vəziyyətindən narazılıq edirdilər. Gələcəkdə burdan çıxan oyunçularla fəxr edəcəyik ki, onlar nə vaxtsa, ölkəmizdəki Avropa çempionatında çıxış ediblər. Bu, Azərbaycan futbolunun inkişafı üçün gərəkli turnir idi.

- Hakimlikdən razı qaldız?
- Keçən oyunda bizim oyunda təmiz penalti verilmədi. Ancaq sonradan gördüm ki, digər oyunlarda da səhvlər olub. Hakimlər də cavandı. Onların bu cür səhvlər etməsi normaldı. 

- Murad Mahmudovla "Bavariya"nın maraqlandığı deyilir...
- Bildiyim qədərilə onlar bizim texniki direktor Bernard Lippertlə əlaqə saxlayıblar. Bu barədə mən də eşitmişəm.

- U-17 ilə müqavilə müddətiniz bu il bitir. Millidə işinizi davam etdirəcəksiz?
- Gələn il U-17-ni U-16 əvəz edəcək. Yəqin ki, komandanı da həmin məşqçi çalışdıracaq.

- Rövnəq Abdullayev oyundan sonra paltardəyişmə otağına gəldi. Oyunçulara nə dedi?
- O, ilk oyundakı nəticənin təsadüf olduğunu dedi. Həmçinin millinin bugünkü oyunundan razı qaldığını bildirdi.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail