"Sumqayıt Şəhər" qələbə qazandı, "Karvan" kubokdan kənar qaldı - YENİLƏNİB

26.10.2011 | 5473 dəfə oxunub

Bu gün XX Azərbaycan kubokuna start verilib. Stadium.az xəbər verir ki, 1/16 final mərhələsinin bütün oyunları eyni saatda başlanıb.

"Şahdağ" ev oyununda "Muğan"a qalib gəlib. "Neftçala" "Tərəqqi"ni, "Sumqayıt Şəhər" "Lokomotiv"i, "Qaradağ Lökbatan" isə "Şuşa"nı səfərdə məğlub edib.

Günün ən gərgin qarşılaşması isə "Bakılı" ilə "Karvan" arasında olub. Ev sahibi hesabı açsa da, "Karvan" son dəqiqələrdə bərabərliyi bərpa edib. Qalibi müəyyənləşdirmək üçün əlavə vaxta ehtiyac duyulub ki, bu zaman "Bakılı" "Karvan"ın qapısından daha bir top keçirib və mərhələ adlayan tərəf olub.

Ölkə kuboku
1/16 final mərhələsi

26 oktyabr

14:00. "Şahdağ" - "Muğan" - 4:1
Qollar: Fair Əmirquliyev, 44; 77. Ceyhun Əliyev, 45. Yusif Yusifzadə, 55 - Zahid Tayıbov, 35
Qırmızı vərəqə: Qüdrət Ağayev, 40 (Şahdağ)
Hakimlər: Elvin Əsgərov, Knyaz Əmiraslanov, Elşən Durmuşov, Ziya Nəsirov.
Qusar. Şövkət Orduxanov adına şəhər stadionu.
Qalib 1/8 finalda AZAL-la görüşəcək.

14:00. "Tərəqqi" - "Neftçala" - 0:1
Qol: Qalib Əmrahov, 70
Qırmızı vərəqə: Qeyrət Əliyev, 44 (Neftçala - 2-ci sarı)
Hakimlər: Ceyhun Haşımov, Elşən Acalov, İsgəndər Əliyev, Ramil Əhmədov.
Gəncə. Şəhər stadionu.
Qalib 1/8 finalda “Qəbələ” görüşəcək.

14:00. "Lokomotiv" - "Sumqayıt Şəhər" - 0:2
Qol: Samir Abdulov, 66. Nurəhmədov Kamil, 89
Hakimlər: Rəhim Həsənov, Zeynal Zeynalov, Rza Məmmədov, Xəlil Hüseynli.
Bakı. "Bakı" klubunun təlim-məşq bazasının stadionu.
Qalib 1/8 finalda “Qarabağ”la görüşəcək. 

14:00. "Şuşa" - "Qaradağ Lökbatan" - 2:3
Qollar: Röyal Nəcəfov, 44; 59 - Novruz Ələkbərov, 8. Nicat Tağıyev, 38. Tofiq Qədimov, 52
Hakimlər: Anar Niyazov, Şakir Quliyev, Ruslan Quliyev, Rəşad Aydınov.
Bakı. "Şəfa" stadionu.
Qalib 1/8 finalda “Xəzər Lənkəran”la görüşəcək. 

14:00. "Bakılı" - "Karvan" - 2:1
Qollar: Ramin Nəsibov, 55. Əli Hüseynov, 108-pen. - Aqşin Həşimov, 80
Hakimlər: Fuad Həsənov, Aleksandr Musatkin, Nahid Əliyev, Hümmət Məmmədov
Bakı. "Şəfa" stadionunun IV meydançası.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail