Qurban Qurbanov: "Oyundan sonra statistikalara baxırıq və buna uyğun hərəkət edirik"

11.05.2016 | 3505 dəfə oxunub

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 34-cü turunun oyununda "Qəbələ"yə 2:0 hesabıyla qalib gəldikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb: 

- Matçdan əvvəl yaxşı oyun sərgiləməyi düşünmüşdük. Maraqlı oyun alındı. Meydanda iki yaxşı komanda var idi. Futbolçularımda arxayınlıq hiss etmirəm. Qarşıda oyunlarımız var. Ritmi qoruyub saxlamağa çalışmalıyıq.

-Riçard Almeydanı əvəzləməyiniz nə ilə bağlı idi?

-Onun ayağında xroniki zədə var. Almeyda özü əvəzlənmək istədi. Düşünürəm ki, durumu ciddi deyil.

-Əsas heyət oyunçularının zədə almasından ehtiyat etmirsiniz?

-Ehtiyatlanıram. Düşünürəm ki, bundan əvvəlki matçlarda bəzi oyunçulara istirahət vermişdim. Bu işi planlaşdırılmış şəkildə davam etdiririk. Oyundan sonra statistikalara baxırıq və buna uyğun hərəkət edirik.

-Armenteros yayda komandadan göndərilə bilərmi?

-Armenterosdan daha öncə  çox istifadə edirdik. Onun müqaviləsi yayda başa çatır. Hələ ki, Armenterosu göndərmək barədə düşünmürük. İndi bizi qarşıdakı oyunlar düşünüdürür. Armenterosla bağlı hər hansı fikir bildirə bilmərəm. Çalışırıq ki, bütün oyunçularımızdan istifadə edək.

-Roman Qriqorçuk “Qəbələ” azarkeşlərini satqın adlandırdı. Siz də istefaya səsləsələr, belə hərəkət edərsiniz?

-Roman Qriqorçukun işinə hörmətlə yanaşmaq lazımdır. Çox yaxşı mütəxəssisdir. Məncə onun “Qəbələ”dəki işlərini unutmaq lazım deyil. Bu gün əsas oyunçularının xidmətindən istifadə edə bilmirdi. Onun kimi məşqçiyə dəyər vermək lazımdır. Mən komandamı “Qəbələ” ilə oyunlara daha yaxşı kökləyirəm. Belə bir məşqçidən daim sürpriz gözləmək olar. Azarkeşlər klubun bir hissəsidir. Narazılıqları öz aralarında həll etməlidirlər. Dünyanın hər yerində azarkeşin istefa şüarı var. Dediyim kimi, məşqçiyə hörmətlə yanaşmaq lazımdır. Mən də istəmərəm ki, hər hansı məşqçi haqqında belə bir fikir səsləndirsin. Düşünürəm ki, qarşıdakı oyunlarda bir olacaqlar. Qriqorçuka hörmət edirəm və ona uğurlar arzu edirəm. Səbrli olub qarşıdakı oyunlara daha yaxşı hazırlaşmalıdırlar.

-Əl Hərbini “qara siyahı”ya salmamısınız?

-Bizimlə müqaviləsi var. Hələ də heç kimin gələcəyi haqqında qərar verməmişəm. Dediyim kimi, əlimdə futbolçu çoxluğu olması mənim üçün əlavə üstünlükdür.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail