"Xəzər Lənkəran"ın 303 günlük seriyasına son

26.10.2011 | 5351 dəfə oxunub

Azərbaycan Premyer Liqasının 10-cu turunda “Xəzər Lənkəran”ın uğurlu seriyalarının biri qırıldı. Stadium.az xəbər verir ki, Azərbaycan çempionatlarında 21 matç idi ki, bu komanda 1 oyunda 2 və ya daha çox qol buraxmırdı.
 
Buna sonuncu dəfə ötən il dekabrın 22-də təsadüf olunmuşdu. Lənkərana qonaq qismində gələn “Qarabağ” bu komandanı 2:1 hesabı ilə məğlub edəndən sonra heç kim Mirça Rednikin yetirmələrinə 1-dən artıq qol vurmurdu. “Bakı” ilə matçda isə bu seriyaya son qoyuldu. 303 gün ərzində baş tutan 21 çempionat matçında 8 dəfə qapısını toxunulmaz saxlayan “Xəzər Lənkəran” digər 13 görüşün hərəsində 1 top buraxmışdı.
 
Qeyd edək ki, Rednikin rəhbərliyi altında keçirilən 42 çempionat oyununda cəmi 3-cü dəfədi 1-dən artıq qol buraxılır. “Bakı” və “Qarabağ”dan başqa “Gəncə” ilə səfər oyununda belə hal qeydə alınmışdı – 1:4.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail