“Sumqayıt”ın 150-ci qolu

13.05.2016 | 3517 dəfə oxunub

“Sumqayıt” Azərbaycan çempionatlarında 150-ci qolunu vurub. Stadium.Az xəbər verir ki, yubiley qolu Azərbaycan Premyer Liqasının XXXIV turunun “Rəvan”la ev matçına təsadüf edib.

Bu görüşədək hesabında 148 qol olan sumqayıtlılar 3:1 hesablı əzmkar qələbə ilə 150-ni arxada qoyub. Yubiley qolunu isə 71-ci dəqiqədə komandasını hesabda önə çıxaran Pərdis Fərcad-Azad vurub. Sumqayıtlılar 150-ci qolu Premyer Liqadakı 166-cı matçda vurub ki, bu oyunlarda 252 top buraxıb.
İndiyədək “Sumqayıt”ın 43 futbolçusu qol sevinci yaşayıb. Onlar 148 qol vurubsa, 3 dəfə də rəqiblər avtoqol müəllifi olub. 151 qola ən çox töhfə verən məhz Pərdisdir. Onun hesabında 22 qol var. Məhəmməd Qurbanov 18, Orxan Əliyev 14 dəfə fərqlənibsə, Amil Yunanov 10-cu – yubiley qolunu “Rəvan”la matçda rəqib qapısından keçirib.

PFL



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail