"Bakı" və İspaniya millisinin rəsmiləri bir arada

16.05.2016 | 3239 dəfə oxunub

“Bakı” klubunun nümayəndələri ölkəmizdə keçirilən 17 yaşadək futbolçular arasında Avropa çempionatında mübarizə aparan İspaniya milli komandasının düşərgəsini ziyarət ediblər. Stadium.az xəbər verir ki, tərəflər arasında baş tutan görüşdə “Bakı”nı vitse-prezident Yaşar Seyidov, ispanları isə millinin baş məşqçisi Santi Denia təmsil edib.

İspaniyanın U-17 yığmasının çalışdırıcısı Santi Denia futbolçu kimi uzun illər Madrid “Atletiko”sunun formasını geyib. O, “Bakı”nın sabiq baş məşqçisi Milinko Pantiçlə komanda yoldaşı olub. Bu səbəbdən də Denia “Atletiko” və “Bakı” arasındakı əməkdaşlıqdan, “Land of fire Azerbaijan” brendindən məlumatlı olduğunu qeyd edib. İspaniya yığmasının çalışdırıcısı vurğulayıb ki, “Bakı” haqqında Pantiçdən kifayət qədər məlumat öyrənib. Denia onu da vurğulayıb ki, Pantiçlə çox yaxın dostdurlar.

Görüşün sonunda Yaşar Seyidov ispanlara “Bakı” klubunun atributlarını, formasını, eləcə də xatirə hədiyyələrini təqdim edib. İspaniya tərəfi isə “Bakı”ya ölkə yığmasının formasını hədiyyə verib.

“Bakı” klubu ölkəmizdə keçirilən 17 yaşadək futbolçular arasında çempionata ən çox diqqət ayıran klubdur.

 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail