Şahin Diniyev: "Heyətdən 6 futbolçu göndəriləcək"

16.05.2016 | 5153 dəfə oxunub

"Kəpəz" Azərbaycan Premyer Liqasının 35-ci turunda səfərdə "Zirə"ylə 2:2 hesablı heç heçə etdi. Stadium.az xəbər verir ki, komandanın baş məşqçisi Şahin Diniyev oyundan sonra qarşılaşma barədə danışıb:

- "Zirə"ni gümüş medal qazanmasına görə təbrik edirəm. Onlara ugurlar azulayıram. Layiq olduları mükafata sahib çixdılar. Ebahın və Namiq Ələsgərovun zədələnməsi bizə zərbə oldu. Futbolda yazılmayan qanun işə düşdü. Vurmayana vurarlar. Amma bir xalı da pis nəticə hesab etmirəm. Biz iddialı komandayıq. Mövsüm başlayandan 5-6-cı pillədən aşağı düşməmişik. Futbolçularıma təşəkkür etdim.
 
- Hesabı qoruyub saxlamağınıza nə çatmadı?

- Müdafiədə soyuqqanlığımız çatmadı. Tərlan Quliyevin yoxluğu da öz sözünü dedi. Bu mövsüm biz yalnız “Qarabağ”ın qarşısında aciz qalmışdıq.
 
- Futbolçular tez-tez yıxılırdı. Bunu yorğunluqla, yoxsa meydanın vəziyyətilə əlaqələndirək?

- Həm meydan, həm də yorgunluqla.
 
- Avrokuboklar üçün heyəti gücləndirəcəksiniz?

- Heyətdən 6 futbolçu göndəriləcək. Mən ulduz futbolçu almaq istəmirəm. Ulduz olmaq istəyən futbolçunu transfer etmək istəyirəm. Həmin futbolçular da yeni mövsüm milliyə dəvət alacaqlar.
 
- Avrokuboklarda hansı ölkənin klubları ilə qarşılaşmaq istərdiniz?

- Top-5 ölkənin klubları ilə üzləşmək istəməzdik. Daha çox Şərqi Avropa ölkələrinin klubları olsaydı, yaxşı olardı.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail