Zaur Svanadze: "Amma sonradan hər şey kəllə-mayallaq getdi"

16.05.2016 | 3449 dəfə oxunub

"İnter"in baş məşqçisi Zaur Svanadze Azərbaycan Premyer Liqasının 35-ci turu çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri oyunu şərh edib.

Stadium.az xəbər verir ki, "bankirlər"in gürcü çalışdırıcısı 2:4 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

"Oyuna çox yaxşı başladıq. Amma sonradan hər şey kəllə-mayallaq getdi. Düşünürəm ki, futbolçularımız çox yorulub. Bunu "Xəzər Lənkəran"la oyunun ikinci hissəsində də gördük. Amma hələ də şansımız var. Nə yaxşı ki, bir oyunumuz qalıb. Xeyli zədəlilərimiz var. Zurab Xizanişvili yoxdu, Elnur Abdullayev əla formada idi. Amma o da sıradan çıxıb. Zədəlilər olmasaydı, ehtiyat oyunçular skamyasında belə problemlərimiz olmazdı".

Z.Svanadze qapıçı Georgi Lomayanın gələcək karyerası haqda da danışıb: "Son oyunlarda çıxardığı penaltilərlə nə qədər komandamıza faydalı isim olduğunu gördünüz. Qoyun mövsüm bitsin, sonrasını müzakirə edərik. Ümumilikdə isə, komandanı gəncləşdirmək lazımdır".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail