“Rəvan”dan ilk, “Qarabağ” “11”də qaldı

16.05.2016 | 4569 dəfə oxunub

“Qarabağ”ın Premyer Liqadakı qələbə seriyası qırılıb. Ardıcıl 11 matçda qalib gələn Ağdam klubu “Rəvan”la səfər matçında 1:2 hesabı ilə uduzub.

Stadium.Az xəbər verir ki, Qurban Qurbanovun yetirmələri bunadək sonuncu dəfə XXIII turun “İnter”lə görüşündə xal itkisi ilə üzləşmişdi – 1:1. Əyalət klubu 78 gündən sonra rəqibinin xal qazanmasına üzüldü.

“Qarabağ”ın son məğlubiyyəti isə XIX turun AZAL-la matçında qeydə alınmışdı. 2016-cı ilin yanvarın 31-də baş tutan ilk matçında 0:1 hesabı ilə uduzan ağdamlılar ardınca 15 görüşdə xalsız qalmamışdı. 105 günlük məğlubiyyətsizliyi qırılan “göy-qaralar” tarixində ilk dəfə “Rəvan”a uduzub.

Belə ki, Bakı klubu çempiona qarşı keçirdiyi 12-ci matçında ilk dəfə qalib gəlib. Rəqiblərin əvvəlki 11 oyununda 7 qələbəsi olan “Qarabağ” ən pis halda – 4 oyunda heç-heçə etmişdi.

PFL



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail