AFFA millimizi Almaniyaya göndərir

26.10.2011 | 6019 dəfə oxunub

2008-ci il noyabrın 19-da Bakıda Azərbaycan və Albaniya milli komandaları arasında yoldaşlıq oyunu keçirilmişdi. AFFA və Albaniya Futbol Federasiyası arasında əldə olunmuş razılığa əsasən, noyabrın 11-də, Tirana şəhərində Albaniya və Azərbaycan milli komandaları arasında yoldaşlıq oyunu təşkil olunacaq.

Stadium.az xəbər verir ki, Azərbaycan millisi noyabrın 12-də Tiranadan Almaniyanın Berlin şəhərinə yola düşəcək. Millimiz FİFA-nın təqvimində rəsmi oyun günü olan 15 noyabr tarixində «FC Union Berlin» komandası ilə qarşılaşacaq. Yoxlama xarakterli bu oyunda iştirak etmək üçün millinin baş məşqçisi Berti Foqts tərəfindən təkcə millidə mütəmadi olaraq çıxış edən futbolçulara yox, eyni zamanda 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasına cəlb olunan gənc və yaxın zamanlarda əsas millidə oynamaq perspektivi olan oyunçulara da dəvət göndəriləcək.

Məqsəd gənc futbolçuların millidə təcrübə toplaması, növbəti seçmə mərhələlərdə çıxış etmək ehtimalı yüksək olan oyunçuların sınaqdan keçirilməsi, həmçinin millinin ab-havasını hiss etmələrinə şərait yaradılmasıdır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail