Cüdoçumuzun dünya liderliyi davam edir

17.05.2016 | 3620 dəfə oxunub

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb. Stadium.Az xəbər verir ki, Qazaxıstanın Almatı şəhərində keçirilən Qran-prinin yekununa əsasən tərtib olunan siyahıda yığmamızın 5 aparıcı idmançısı irəliləyib.

Analoji yarışın qalibi olan Elxan Məmmədov (100 kq) yenidən “20-liyə” qayıdıb. 4 rəqibini qabaqlayan dünya çempionumuz 17-ci yerə yüksəlib. Finalda məğlubiyyət acısı yaşayan Uşanqi Kokauri (+100 kq), Qran-prini 3-cü pillədə başa vuran Məmmədəli Mehdiyev (90 kq), həmçinin öz çəkilərində liderlərdən olan Tərlan Kərimovla (66 kq) Aişə Qurbanlı (48 kq) da irəliləyənlər sırasındadı. Onlar müvafiq olaraq, 26-cı (+5), 24-cü (+2), 35-ci (+7) və 41-ci (+4) yerə qalxıblar.

Peter Zayzenbaherin yetirmələrindən Elmar Qasımovun (100 kq) 1-ci pillədəki mövqeyi dəyişməz qalıb. Onun komanda yoldaşı İlqar Müşkiyev (60 kq) yenə də 14-cüdü.

Bu cüdoçularla müqayisədə Orxan Səfərov (60 kq), Nicat Şıxəlizadə (66 kq), Rüstəm Orucov (73 kq) və Abdulhaqq Rəsullu (81 kq) geriləyiblər. Onlar müvafiq olaraq, 6-cı, 12-ci, 2-ci və 62-ci yerə eniblər.

Cüdo idman növündə Olimpiadaya lisenziya reytinq xalına əsasən verilir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail