"Bu üzdən meydana yalnız qələbə üçün çıxmışdıq"

18.05.2016 | 5560 dəfə oxunub

Premyer Liqasnın XXXV turunda AZAL-la qarşılaşan “Qəbələ” 2:0 hesabı ilə qalib gəlib. “Qəbələ” futbol akademiyasının  yetirməsi olan Qismət Alıyev ardıcıl 2-ci qarşılaşmada “qırmızı-qaralar”ın formasında 90 dəqiqə meydanda olub. 

Əsas komandada  7-ci, Premyer Liqada 6-cı matçını keçirən 19 yaşlı dayaq yarımmüdafiəçisi son oyun və əsas heyətdə yer alması ilə bağlı fikirlərini gabalafc.az-a açıqlayıb:

“AZAL-la oyun bizim üçün çox vacib idi. Bu üzdən meydana yalnız qələbə üçün çıxmışdıq. Sevinirəm ki, istəyimizə çatıb, meydanı 3 xalla tərk etdik. Ardıcıl 2-ci matçdır 90 dəqiqə meydanda oldum. Elvin Camalov zədəli olduğundan “Qarabağ” və AZAL-la görüşlərdə baş məşqçimiz mənə şans verdi. Mən də bütün bacarığımı ortaya qoydum. Çalışacağam ki, əsas heyətə 1-2 oyunluq düşmədiyimi sübut edib, burada möhkəmlənim. Son oyuna gəlincə, öz çıxışımdan tam razı qalmadım. Çünki oyun praktikam azdır. Bu da özünü göstərir. Amma oynadıqca matçdan-matça irəliləyiş hiss edirəm. Hələ potensialımı tam aça bilməməyim də bununla bağlıdır. Rəşad Sadiqov, Aleksey Qay və digər təcrübəli futbolçularla yanaşı meydanda olduqca həm təcrübə, həm oyun praktikası qazanıram. Bu da daha yaxşı çıxış etməyə kömək edir”.

Qismət mövsümün Gəncədə keçiriləcək son oyunu haqda fikirlərini də açıqlayıb, bürünc mükafatların taleyi baxımından önəmli olan “Kəpəz”lə görüşün vacibliyini qeyd edib: “Qarşıda bizi mövsümün son oyunu gözləyir. Vacib və çətin qarşılaşma olacaq. Bilirik ki, “Kəpəz” öz meydanında yaxşı mübarizə aparır və nadir hallarda uduzur. Lakin bizə də yalnız qələbə lazımdır. Buna nail olmaq üçün var qüvvəmizi meydanda qoyacağıq. Düşünürəm ki, bu vəzifənin öhdəsindən gəlmək gücündəyik. Qələbə qazanmaq üçün hücumda yaxşı oynayıb, imkanları uğurlu şəkildə sona çatdırmalıyıq”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail