Zaur Svanadze: "Bəzi futbolçuların gedəcəyi dəqiqdi"

20.05.2016 | 2867 dəfə oxunub

«İnter» Azərbaycan Premyer Liqasının son turunun oyununda «Zirə»yə 1:0 hesabıyla qalib gəldi. Stadium.Az xəbər verir ki, komandanın baş məşqçisi Zaur Svanadze matç barədə danışıb:

- Mövsümün sonundan razıyam. Uşaqların oyunundan razı qaldım. Düzdü, bəzi oyunlar var idi ki, daha yaxşı nəticə göstərə bilərdik. 4-cü pillədəki yerimizdən razıyam.

- Bundan öncə demişdiz ki, heyəti gəncləşdirmək istəyirəm. Demişdiz ki, mövsümün sonunda konkret kimlərin komandadan ayrılacağını deyəcəksiz...
- Bu gün konkret ad çəkə bilmərəm ki, kimlər komandadan gedəcək. Ancaq bəzi futbolçuların gedəcəyi dəqiqdi. Komandanın gəncləşdirilməsilə bağlı fikrimdə qalıram.

- Növbəti mövsüm üçün rəhbərlik tərəfindən transferlərə büdcə ayrılıb?
- Büdcə barədə konkret fikir bildirməkdə çətinlik çəkirəm. Ancaq ümumi fikir var ki, növbəti mövsüm komanda gücləndirilməlidi.

- CAS-dan müsbət qərar gələcəyinə ümid edirsiz?
- Bu barədə fikir bildirməkdə çətinlik çəkirəm. Ancaq müsbət qərar verilsə, Avroliqada mübarizə aparmağa hazırıq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail