Vüqar Nadirov: "Milliyə çağırılmamağım mənim üçün gözlənilməz oldu"

25.05.2016 | 5490 dəfə oxunub

"İnter"in hücumçusu Vüqar Nadirov komandasının, eləcə də öz aqibətindən, yığma komandamıza dəvət almamasından danışıb. Stadium.Az xəbər verir ki, Vüqar açıqlamasında bunları söyləyib:

"Biz avrokuboklarda oynamağa vəsiqə qazandıq. İndi isə yekun qərarı İdman Arbitraj Məhkəməsi verməlidir. Ümid edirəm ki, Avropa Liqasında oynayacağıq. Eşitmişəm ki, 100 faiz bu mövsüm avrokuboklarda oynayacağıq. Rəhbərlik də bizə tapşırmışdı ki, siz öz öhdənizə düşəni edin, qalanı bizlikdir.

Özümə gəlincə, klubla müqaviləmin müddəti başa çatıb. Necə olacağını hələ bilmirəm. Təklif də yoxdur.

Yığmaya dəvət olunanların siyahısında yer alacağımı gözləyirdim. Çağırılmamağım mənim üçün gözlənilməz oldu. Düzdür, altı ay idi sabit oynamırdım. Amma son dövrlər "İnter"də mütəmadi oynayırdım, qollar da vururdum. Bu üzdən Robert Prosineçkinin dəvət göndərəcəyini düşünürdüm. Amma o, bunu etmədi". (azerisport)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail