"Tam formada olsaydım, bugünü epizodları da dəyərləndirərdim"

26.05.2016 | 4643 dəfə oxunub

“Asan oyun olmadı. Lakin özümüz özümüzü çətinliyə saldıq. Çox qol epizodlarımız oldu. Mən də əlimə düşən qol fürsətlərin dəyərləndirsəydim, oyun başqa cür ola bilərdi”.

Stadium.Az xəbər verir ki, bu sözləri “Qarabağ”ın futbolçusu Mahir Mədətov “Neftçi” ilə kubokun final oyunundan (1:0) sonra deyib.

Gənc hücumçu oyunun sonlarında artıq penaltilərə hazırlaşdıqlarını bildirib:“Neftçi”dən belə oyunu gözləyirdik. Daha çox müdafiədən oynayacaqlarını bilirdik. “Neftçi” böyük klubdur. Final təcrübələri də bizdən çoxdur. Biz penaltilərə hazırlaşırdıq. Lakin son anlarda ehtiyat skamyada hər kəs ayağa qalxıb hiss etdi ki, qol olacaq. Bu kuboku bütün komandamız qazandı. Ola bilər ki, son oyunlarda özümü yaxşı tərəfdən göstərdim, qollar vurdum. Yenə də bu bəs etmir. Tam formada olsaydım, bugünü epizodları da dəyərləndirərdim. Hələ ki məndə  təcrübə çatmır. Biraz da öz üzərimdə çalışıb, “Qarabağ”a Avrokuboklarda kömək etmək istəyirəm”.


M.Mədətov bir müddət əvvəl baş məşqçisi Qurban Qurbanovun ona mətbuata danışmağa qadağa qoymasına da münasibət bildirib: “Qurban Qurbanovun müsahibə verməyimə icazə verməməsinin xeyri oldu ki, bu gün əsas heyətdə oyuna çıxdım. Baş məşqçimiz istəmirdi fikrim başqa şeylərə getsin”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail