Polislərin erməninini döyürmüş kimi davrandığı "Qarabağ" azarkeşlərinə Tahir Gözəl söz verdi VİDEO

26.05.2016 | 6049 dəfə oxunub

Ötən gün Azərbaycan Kubokunun final oyununda "Qarabağ" 120 dəqiqəlik mübarizənin sonunda "Neftçi"yə 1:0 hesabıyla qalib gələrək ölkə kubokunu qazandı. Stadium.Az xəbər verir ki, 23 min azarkeşin izlədiyi oyunun sonunda xoşagəlməz anlar yaşanıb. Belə ki, görüş başa çatandan sonra "Qarabağ"ın kapitanı Rəşad Sadıqov azarkeşləri olan sektora yaxınlaşdı. Bu zaman isə orada "Qarabağ" sevərlər arasında hərəkətlilik yaşandı. Kapitanın formasını çıxardaraq azarkeşlərə tərəf atması isə bu hərəkətliliyi bir qədər də artırdı. Nəticədə polis normal olan vəziyyəti anormala çevirərək azarkeşlərə qarşı zor tətbiq etməyə başladı. Rezin dəyənəklərlə silahlanan polislər azarkeşləri - əsasən də "İmarət Tayfa" azarkeş qrupunun üzvləri olan hissədə asayişi qoruduqlarını unudaraq, "Qarabağ"lılara qarşı sanki erməniymiş kimi davranmağa başladılar. Bu ədəbdən və əxlaqdan uzaq olan DİN işçiləri sanki hansısa ermənini əsir almlş və ya erməni təxribatına qarşı əməliyyat aparırmış kimi azarkeşlərə qarşı rezin dəyənəklərdən istifadə etməklə yanaşı, gözyaşardıcı qazı da işə saldılar. Nəticədə onlarla "Qarabağ" azarkeşi xəstəxanalıq olacaq qədər döyüldü ki, onları təcili tibbi yardım maşınlarında müxtəlif xəstəxanalara apardılar.

Bu olayları eşidən "Qarabağ"ın prezidenti Tahir Gözəl isə azarkeşlərin yanına gələrək onlara dəstək olduğunu və bu olayı araşdıracağına söz verdi. Həmin anları təqdim edirik:




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail