Mövsümün rekordu və kubok tarixində 3-cü

28.05.2016 | 3112 dəfə oxunub

2015/16 mövsümünün son oyunu rekordla əlamətdar olub. Stadium.Az xəbər verir ki, Azərbaycan kubokunun “Qarabağ”la “Neftçi” arasında final görüşü ölkəmiqyaslı yarışlarda mövsümün ən çox tamaşaçı toplayan matçı olub. 

Ağdam təmsilçisinin əlavə vaxtda 1:0 hesabı ilə qalib gəldiyi oyunu 23000 azarkeş izləyib. Bunadək başa çatan 2015/16 mövsümünün rekordu Topaz Premyer Liqada qeydə alınıb. 

Bu il fevralın 14-də Gəncədə keçirilən “Kəpəz” – “Qarabağ” görüşündə (1:2) 20400 tamaşaçı toplanıb. Tofiq Bəhramov adına Respublika stadionundakı matçda bundan 2600 azarkeş artıq olub. Başa çatan mövsümdə finaladək ən çox tamaşaçı toplayan kubok matçı isə 1/4 finala təsadüf edib. “Xəzər Lənkəran”la “Neftçi” arasındakı ilk görüşü (3:2) Lənkəran şəhər stadionunda 4500 azarkeş izləyib.

Respublika stadionundakı matçda qeydə alınan nəticə Azərbaycan kuboku tarixinin 3-cü göstəricisidir. 2009/10 mövsümünün elə bu stadiondakı finalında “Bakı” – “Xəzər Lənkəran” qarşılaşmasını (2:1) rekord sayda - 26000 azarkeş izləmişdisə, 2010/11 mövsümünün “İnter”lə “Xəzər Lənkəran” arasında həlledici matçında (1:1, pen. 2:4) 24000 tamaşaçı toplayıb.

PFL



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail