Robert Prosineçki: "Mənim üçün nəticə vacib deyil"

29.05.2016 | 3240 dəfə oxunub

Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki bu gün Makedoniyaya qarşı keçiriləcək oyun öncəsi jurnalistlər üçün brifinq keçirib. Stadium.Az xəbər verir ki, o, bunları söyləyib:

"Bu oyun üçün komandada motivasiya kifayət qədər yüksəkdir. Düşünmürəm ki, bu barədə futbolçulara əlavə nəsə demək lazımdır. Əvvəllər Makedoniya ilə beş dəfə oynamışıq, dörd dəfə uduzub, bir dəfə heç-heçə etmişik. Bu dəfə ilk növbədə yaxşı oyun sərgiləməyə çalışacağıq. Artıq komandam tam heyətlə sərəncamımdadır. "Neftçi" və "Qarabağ"ın futbolçuları da düşərgəyə qoşulublar. Makedoniyanın güclü komandası var. Onların bəzi oyunçuları İtaliya çempionatında çıxış edir, yeni gənc oyunçular peyda olub. Bizi çətin oyun gözlədiyini bilirəm".

Xorvatiyalı mütəxəssis matça proqnoz verməkdən imtina edib: "Mənim üçün nəticə vacib deyil. Əlbəttə, qələbədən heç kim imtina etməz. Amma bu toplanış test xarakterlidir. Biz seçmə mərhələ oyunlarına hazırlaşırıq. Mənim üçün DÇ-2018-in seçmə mərhələsində San-Marino ilə oyunda yaxşı oynamaq, qələbə qazanmaq daha önəmlidir. Toplanış üçün yaradılan şəraitdən razıyam və ümid edirəm ki, komanda özünü yaxşı tərəfdən göstərə biləcək".

Prosineçki "Xəzər Lənkəran"ın növbəti mövsüm böyük futboldan uzaqlaşmaq qərarına da münasibət bildirib: "Son dövrlər klublarınızın əksərində maliyyə problemi var. Buna görə çempionatın da səviyyəsi aşağı düşüb. Mən Azərbaycana gələrkən fərqli "Neftçi", "İnter" görmüşdüm. "Xəzər Lənkəran"ın yoxluğu Azərbaycan futbolu üçün böyük itkidir. Ümid edirəm ki, maliyyə vəziyyətləri yaxşılaşacaq və hər şey düzələcək. "Qarabağ" da bu mövsüm rəqabətsiz çempion oldu, öz oyununu göstərmədi. Çempionatın səviyyəsi yüksəlsə, milli komanda üçün də yaxşı olar".

"Mənim üçün çempionatın səviyyəsinin yaxşı olması vacibdir. Növbəti mövsümdə də elitada 10 klub görmək istərdim. Çempionat güclü olsa, yığmanı belə təlim-məşq toplanışlarına aparmaq, güclü rəqiblərlə oyunlara hazırlamağa da ehtiyac qalmaz".

Millimizin çalışdırıcısı sonda yığmaya cəlb olunan əcnəbi futbolçulardan da söz açıb: "Bu, asan yoldur. Əlbəttə, legionerlərdən hansısa yığmaya böyük fayda verə bilirsə, bu, yaxşıdır. Amma uşaq futboluna xüsusi diqqət ayırmaq, yerli Reynaldoları, Riçard Almeydaları yetişdirmək daha vacibdir".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail