Qara Qarayev : "Biz futbolçular olaraq bunu mütləq düşünməliyik" -MÜSAHİBƏ

30.05.2016 | 3169 dəfə oxunub

Milli komandanın futbolçusu Qara Qarayev Makedoniya ilə oyundan sonra (1:3) jurnalistlərin suallarını cavablandırıb.

- Oyun haqqında nə deyə bilərsən?

- Yaxşı hazırlaşmışdıq. Baş məşqçinin göstərişlərini yerinə yetirməyə çalışırdıq, ancaq ilk hissədə iki səhv etdik və qapımızda qol gördük. İkinci hissədə isə bir neçə şansımız oldu. Fərqi azaltmağı da bacardıq. Matçı qaytarmaq istərkən üçüncü qolu buraxdıq ki, bu da normal haldır. Danışılacaq çox şey yoxdur. Bəzi oyunçularda çempionatın yorğunluğu qalıb. Növbəti oyuna qədər müəyyən vaxtımız var və bunu atıb tam dincəlmək lazımdı.

- Artıq ikinci oyundu ki, reytinqdə bizdən zəif olan komandaya qalib gələ bilmirik...

- Biz futbolçular olaraq bunu mütləq düşünməliyik. Belə komandalara qarşı “xal itirmək” olmaz.

- Belə səhvlər edirik, asan məğlub oluruq. 3 ay sonra da seçmə oyunlar başlayır. Ehtiyanlanmalıyıqmı, səncə?

- Düçünürəm ki, belə oyunlarda səhvlər etməyimiz daha yaxşıdır, nəinki vacib oyunlarda. Hər səhvimizi analiz etməliyik. Hər işdə bir xeyir var. Ola bilsin ki, indi məğlub olduq, ancaq səhvlərimizi analiz edib tsiklə daha ciddi hazırlaşacağıq.

- Kanada ilə oyun haqqında nə deyə bilərsiniz?

- Onlar haqqında danışılacaq çox şey yoxdu. Bir neçə bilinən oyunçuları var. “Beşiktaş”da oynayan Atiba, məsələn. Makedoniyadan daha yaxşı komandadır.

- Bizi növbəti məğlubiyyət gözləyir?

- Rəqibin adı məğlubiyyət demək deyil. Güclü komandaya qarşı daha yaxşı hazırlaşırıq. Bu oyunun digər iki matçdan fərqli olacağını düşünürəm.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail