Skarlatake "İnter"də

30.05.2016 | 3452 dəfə oxunub

Transfer dönəminin ən fəal komandası olan “İnter” daha bir oyunçu ilə münasibətlərini rəsmiləşdirib. Stadium.az xəbər verir ki, söhbət sabiq “Xəzər Lənkəran”lı Adrian Skarlatakedən gedir.

“Bankirlər” son klubu “Astra” olan mərkəz müdafiəçisi ilə bir neçə gün əvvəl ilkin razılıq əldə etmişdilər. Rumıniyalı yeni komandası ilə artıq rəsmi müqaviləyə qol çəkib. Gözlənildiyi kimi, Skarlatake “İnter”lə 1 illik saziş imzalayıb. Hazırda ölkəsində olan futbolçu yay təlim-məşq toplanışı zamanı düşərgəyə qoşulacaq. Məlumatı klub da rəsmən təsdiqləyib.

Skarlatake “İnter”in 8-ci transferi olub. Ona qədər Slavik Alxasov, Ağabala Ramazanov, Səlahət Ağayev, Pərdis Fərcad-Azad, Samir Zərgərov, Tərlan Quliyev və Məmməd Quliyev heyətə cəlb edilmişdi.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail