"İnter"in hücumçusu əməliyyat olacaq

30.05.2016 | 3167 dəfə oxunub

İnter”in hücumçusu Sezar Meza Kolli əməliyyat olunacaq. Stadium.az saytının məlumatına görə, paraqvaylı forvard artıq bir müddətdi ki, zədədən əziyyət çəkir.

“Bankirlər”in heyətində çempionatın son matçlarına ağrıkəsici iynələrin köməyi ilə çıxan Sezar hazırda ölkəsindədi. Dizində köhnə zədəsi təzələnən futbolçunun problemi bununla bitmir. Belə ki, Meza Kollidə həm mensk, həm də əzələ yırtığı aşkarlanıb.

Həkimlər futbolçunun cərrahiyyə əməliyyatına ehtiyac duyduğunu açıqlayıblar. Yaxın günlərdə 25 yaşlı oyunçu cərrah bıçağı altına uzanacaq.

Meza Kollinin karyerasını “İnter”də davam etdirib-etdirməyəcəyi də bəlli deyil. Müqavilə müddəti başa çatan oyunçu ilə danışıqlar davam edir. Futbolçunun əməliyyatı uğurlu keçərsə və zədəsinin ciddi olmadığı məlum olarsa, “bankirlər” ona yeni müqavilə təklif edəcəklər.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail