Qara Qarayev: "Çox şükür, bu toplanışı zədəsiz başa vura bildik"

04.06.2016 | 3855 dəfə oxunub

Azərbaycan millisinin üzvü Qara Qarayevlə ötən gün baş tutan və 1:1 hesabıyla bitən Kanadayla oyundan sonra matç barədə fikirlərini bildirib. Stadium.Az xəbər verir ki, Qara oyun haqda belə danışıb:

"Önəmli oyun olduğunu bilirdik. Yaxşı hazırlaşmışdıq. Əvvəlki görüşlərdəki  uğursuzluqları kompensasiya etmək istəyirdik. Komanda yoldaşlarıma da təşəkkür edirəm ki, Makedoniyaya 1:3 hesablı məğlubiyyətdən sonra toparlanmağı bacardılar. Düşünürəm ki, ilk hissədə qol vurmaq üçün daha çox imkanlarımız oldu. Rəqib də güclü komandadı. Bir neçə oyunçuları Avropada çıxış edir. Sevinirik ki, məğlub olmadıq. Bunu seriya halına gətirmək və tsikldə də davam etdirmək lazımdı. Ən vacib məsələ sıx qrafik vaxtı zədələnməmək idi. Çox şükür, bu toplanışı zədəsiz başa vura bildik. Əhval-ruhiyyə yüksək idi, çox gözəl toplanış oldu. Doğrudu, ilk oyunda qalib gələ bilməməyimiz və sonra məğlubiyyət uşaqlara bir az təsir etmişdi, ancaq ümumilikdə toplanış əla keçdi".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail