"Zirə"nin futbolçusundan özbaşınalıq

06.06.2016 | 5071 dəfə oxunub


"Zirə"nin yeni futbolçusu Tural Cəlilov hakimi döyüb. Stadium.az xəbər verir ki, hadisə Xaçmazda baş verib.

Futbol üzrə milli komandamızın keçmiş oyunçusu, "Xəzər Lənkəran"ın keçmiş kapitanı, hazırda "Zirə"də çıxış edən Tural Cəlilov Şimal zona birinciliyi çərçivəsində keçirilən Xaçmaz-Qusar oyununda matçın hakimini döyüb. Ona bu işdə komanda yoldaşı Vaqif Güləliyev də kömək edib.

Nəticədə hakim ağır bədən xəsarətləri alıb, hər iki ayaq sümüyü çatlayıb, qabırğası zədələnib. Maraqlıdır ki, oyun zamanı heç bir təhlükəsizlik tədbiri görülməyib, stadionda polislər olmayıb.

Məlumat üçün bildirək ki, Tural Cəlilov "Zirə"nin futbolçusu olsa da, çempionat başa çatdığından Şimal zona birinciliyində hazırda doğulduğu Xaçmaz rayonundan çıxış edir. Halbuki bu kimi turnirlərdə peşəkar futbolçuların iştirakı qadağandır.

Matçdan sonra Xaçmaz rayonu yol polisi şöbəsinin rəisi də hakimi "oyunu təzədən keçirməsən, verdiyin penaltini ləğv etməsən, qırmızı vərəqələri silməsən özündən küs" deyərək hədələyib. Hətta onun maşınının Xaçmazda saxlanılması barədə göstəriş də verib. Ancaq son anda fit sahibi maşınını xilas edə bilib.

Maraqlıdır, Tural Cəlilov eyni hərəkəti verdiyi səhv qərarla "Xəzər Lənkəran"ı birinci dəstəyə, oradan isə o dünyaya göndərən Ramil Diniyevə niyə eynisini etmirdi?

AFFA, Şimal Regional Futbol Federasiyası hara baxır? "Zirə" kimi peşəkar kluba Tural Cəlilov kimi futbolçu lazımdırmı? Hər halda məsələyə "Zirə" komandası da mövqe bildirməlidir.

Ölkə.Az



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail