"Çempionatda bu il 10 komanda olacağını bilirəm"

06.06.2016 | 3800 dəfə oxunub

"Neftçi"nin sabiq baş məşqçisi Böyükağa Hacıyev ölkə futbolundakı son hadisələrə münasibət bildirib. Stadium.Az xəbər verir ki, o, bunları söyləyib:

"Mən inanıram ki, növbəti mövsüm üçün yeni komanda tapacaqlar və 8 komandalı çempionat olmayacaq. Komandanı tapmaq lazımdır, yoxsa özü gəlməlidir? Gəlməlidir, hökmən yetişib gəlməlidir. Təəssüf ki, gələ bilmirlər. Ona görə də tapmaq lazımdır. Mən 8 komandanın olacağına inanmıram. Onda belə getsə, 2 ildən sonra Azərbaycanda komanda qalmayacaq. Belə çıxır ki, çempionat keçirmək üçün komanda tapılmayacaq. Ancaq bu il 10 komanda olacağını bilirəm. Azərbaycanda futbol çökür. Artıq klub prezidentləri də əvvəlki kimi maraq göstərmir. Baxın, necə klub prezidenti qıraqda qaldı. “Xəzər Lənkəran” kimi komanda artıq yoxdur. Bu, necə qəbul oluna bilər? Təbii ki, buna çox məyus oldum. İnsan öz rəqibini itirəndə də pis olur. Siz təsəvvür edin ki, 2-3 il bundan əvvəl çempionat başlayanda 6-7 komanda çempionluq uğrunda mübarizə aparırdı. İndi isə təkcə “Qarabağ” var. Belə çempionat olar?" (qol.az)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail