Rəşad Abdullayev: "Bəzi qolları həmin insanlara özümü sübut etmək üçün vururam"

28.10.2011 | 5862 dəfə oxunub

Məlum olduğu kimi, Peşəkar Futbol Liqası (PFL) və Unibank Kommersiya Bankının Premyer Liqa klublarının baş məşqçiləri və kapitanları, həmçinin idman jurnalistləri arasında apardığı sorğunun nəticəsinə əsasən “Neftçi” klubunun yarımmüdafiəçisi Rəşad Abdullayev “sentyabr ayının ən yaxşı futbolçusu” seçilib. "Neftçi"nin təcrübəli futbolçusu təltif edilmə mərasimində mətbuat nümayəndələrinin suallarını davablandırıb.

“Mənə göstərilən etimadı doğrultmağa çalışacağam. Mən hər oyuna çıxanda komandam üçün faydalı olmağa çalışıram. Milli komandaya da çağırılsam, canla-başla millinin şərəfini qorumağa hazıram. Bundan əvvəl Berti Foqts məni milliyə çağıranda zədəm tam sağalmamışdı və mən Foqtsa zədəmin tam sağalmadığını söyədim, o da məni başa düşdü. Ancaq yenidən milli komandaya çağırılsam, böyük məmnuniyyətlə oynayaram”. 

Hər komandanın özünün daxili nizam-intizam qaydası var. İntizamı pozan futbolçular isə cəzalandırılmalıdır. Elmar Baxşıyevin əvəzedici heyətə göndərilməsi nizam-intizam qaydaları baxımından edilmişdi. Bu da bizim komandada nizam-intizam qaydalarına ciddi əməl olunduğunu göstərir. 

“Uşaqlıqdan uzaqdan zərbələr vurmağa meyilliyəm. Məşqçilər də mənə deyir ki, zərbələrin güclüdür, uzaqdan zərbələr endir. Mən də uzaqdan dəqiq zərbələr endirməyə çalışıram və bunlardan da bəziləri qol olur. Hər oyunçunun bir özəlliyi var. Məndə də yəqin ki, bu, Allah vergisidir”. 

“Qolu toy-bayram edən futbolçulardan deyiləm. Xasiyyətim belədir. Oyundan qabaq bəzi söz-söhbətlər eşidirəm. Bəzi qolları həmin insanlara özümü sübut etmək üçün vururam. Ona görə də vurduğum qolu sakit qeyd edirəm. İçimdən gələndə isə qolu sevinərək də qeyd edirəm”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail