Qurban Qurbanov: "Ölkəsinin çempionu və kubokun qalibi olmuş komandanı zəif adlandırmaq olmaz"

20.06.2016 | 4185 dəfə oxunub

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının II təsnifat mərhələsinin püşkünə münasibət bildirib.

Stadium.Az xəbər verir ki, açıqlamasında o, rəqibləri olan Lüksemburq çempionu “Düdelanj”la gələcək qarşılaşmalar haqda danışıb.

"İlk oyunlar hər zaman çətin olur. Ölkəsinin çempionu və kubokun qalibi olmuş komandanı zəif adlandırmaq olmaz. Çempionlar Liqasında istənilən ölkənin güclü komandası çıxış edir. Bu baxımdan da istənilən rəqiblə oynamaq bizim üçün çətin olacaq. Son zamanlar Lüksemburq futbolunda inkişaf göz qabağındadır, 14 komandalı çempionatları var. Lüksemburq çempionatında rəqabət də istənilən səviyyədədir. "Düdelanj" ölkəsinin çempionatında uzun müddət məğlub olmayıb və daim qələbə qazanmaq üçün vuruşan bir komandadır. Ümumiyyətlə, onlar bizim Çempionlar Liqasının bu mərhələsində qarşılaşdığımız güclü komandalardan biridir. Bizi çətin oyun gözləyir, potensial 5 rəqibdən qismətimizə "Düdelanj" düşdü. Bu gündən etibarən sırf bu oyun üçün hazırlaşmağa başlayacağıq" – deyə Q.Qurbanov bildirib. (klub saytı)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail