"Qəbələ" Avroliqa oyununa dövlət təminatı istəyir

20.06.2016 | 4157 dəfə oxunub

"Qəbələ" klubunun vitse-prezidenti Fariz Nəcəfov Avropa Liqasının I təsnifat mərhələsinin püşkünü dəyərləndirib. Stadium.Az xəbər verir ki, klub rəsmisi Gürcüstan "Samtredia"sı barədə dolğun məlumata malik olmadıqlarını bildirib.

"Bilirik ki, rəqib gümüş medalçı olub. Heyəti əsasən, gürcü futbolçulardan təşkil olunub" deyən vitse-prezident mərhələ keçmək üçün əllərindən gələni edəcəklərini söyləyib.

Ötən mövsüm də "Qəbələ" Avroliqanın I təsnifat mərhələsində Gürcüstan təmsilçisi ilə üz-üzə gəlib. Həmin vaxt Tbilisi "Dinamo"su ilə səfər matçında yerli azarkeşlər stadiondan separatçı plakat asmış, nəticədə cavab görüşündə azərbaycanlı azarkeşlər Qəbələdə Gürcüstan bayrağını yandırmışdılar. F.Nəcəfov bu amili nəzərə alaraq, təhlükəsizlik tədbirlərinin gücləndirilməsi istiqamətində daha ciddi addımlar atacaqlarını bildirib:

"Düşünürəm ki, təhlükəsizlik dövlət səviyyəsində təmin olunacaq. Hər halda ev oyunumuzda belə olacağına əminəm. Gürcüstandakı qarşılaşmada da heç bir problemin baş verməməsi üçün "Samtredia" rəhbərliyi ilə danışacağıq".

Sonda "Qəbələ" rəsmisi bir əcnəbi hücumçu transfer etmək istədiklərini də bildirib. O, hazırda transferə çıxarılmış Aleksey Antonovla Sergey Zenyovun komandaya qaytarılacağına inanmadığını, lakin bu məsələnin baş məşqçi Roman Qriqorçukdan asılı olduğunu əlavə edib.

"Samtredia" ilə ilk oyun iyunun 30-da, cavab görüşü isə iyulun 6-da keçirilməlidir. (report)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail