Rahid Əmirquliyev: "Bir neçə gün sonra rəqibi təhlil edəcəyik"

25.06.2016 | 2923 dəfə oxunub

"Qarabağ"ın yarımmüdafiəçisi Rahid Əmirquliyev artıq uzunmüddətli zədəsini tam sağaldaraq Avstriyada davam edən təlim-məşq toplanışında komandayla hazırlıqlarını davam etdirir. 

Stadium.Az xəbər verir ki, milli komandamızın üzvü  klubun rəsmi saytına açıqlamasında zədəsinin son durumu, komandadakı yarımmüdafiə xəttindəki rəqabətdən və Çempionlar Liqasındakı rəqiblərindən danışıb:

"Altı aya yaxın yaşıl meydanlardan uzaq qaldım, amma indi durumum yaxşıdır. Komandayla məşqlərimi davam etdirirəm. Düzdür, yüz faiz hazır deyiləm, amma avrokuboklarda ilk oyuna qədər komandama tam gücümlə kömək etmək üçün çalışacam.

Komandaya yanvarda qoşuldum və cəmi 2-3 oyunda meydana çıxıdm. Az oynamağıma baxmayaraq, daim komandayla birlikdə olmuşam. Özümü 
yeni transfer kimi hiss etmirəm. 

"Qarabağ"ın yarımmüdafiə xəttində necə bir rəqabətin olduğu hamıya məlumdur. Belə rəqabətin olması həm mənim, həm də bu mövqedə mübarizə aparan digər futbolçular üçün yaxşıdır. Əgər bir yer uğrunda mübarizə gedirsə, futbolçu  öz üzərində daha çox işləyir. Belə rəqabətdən heç bir problem olmaz, əksinə qazanan futbolçular olacaq. Meydana çıxıb-çıxmamağıma isə baş məşqçimiz qərar verəcək.

Çempionlar Liqasında Lüksemburqun son mövsüm "qızıl dubl" edən "Düdelanj" klubu ilə qarşılaşacağıq. Rəqib haqda elə də ətraflı məlumatım yoxdur. Onların heyətində çox saylı legionerlər oynadığını bilirəm. Yəqin ki, bir neçə gün sonra rəqibi təhlil edəcəyik. Avrokuboklarda ilk oyunlar həmişə çətin olur. Qarşılaşmaya ciddi hazırlaşırıq, bilirik ki, bizim üçün heç nə asan olmayacaq. Əlimizdən gələni edəcəyik ki, növbəti mərhələyə vəsiqə qazanaq".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail