"Qarabağ" vətənə döndü

03.07.2016 | 3217 dəfə oxunub

"Qarabağ" Avstriyada təlim-məşq toplanışını başa vururaq Bakıya qayıdıb. 

Stadium.Az xəbər verir ki, səhər saatlarında Almaniya ilə sərhəddə yerləşən Kössen qəsəbəsindən ayrılan komanda Münhen şəhərinə yollanıb. 

Münhen-İstanbul-Bakı reysi ilə hərəkət edən "Qarabağ" axşam saatlarında vətənə çatıb. Komanda sabahdan etibarən Çempionlar Liqasının II mərhələsində qarşılaşacağı Lüksemburqun "Düdelanj" klubu ilə oyunun hazırlıqlarına start verəcək.

Xatırladaq ki, "Qarabağ" 17 günlük toplanışda 3 yoxlama oyunu keçirib. İlk oyunda yerli "Vakker İnsbruk"a 0:1 hesabı ilə məğlub olan komanda ikinci matçda Rusiya "Zenit"inə eyni hesabla qalib gəlib. Son matçda isə komanda Albaniya çempionu "Şkenderbeu"ya minimal fərqlə məğlub olub 0:1.

İyulun 12-də Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Düdelanj" matçı saat 21:00-da başlayacaq. (klub saytı)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail