"Qəbələ" “Samtredia” ilə oyunun hazırlığına başlayıb

04.07.2016 | 3051 dəfə oxunub

“Qəbələ” UEFA Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyununun hazırlığına start verib. Stadium.Az xəbər verir ki, Gürcüstanın “Samtredia” klubu ilə iyunun 30-da Bakıda keçirilən ilk oyundan (5:1) sonra 2 günlük istirahətə buraxılan “qırmızı-qaralar” iyulun 3-də məşqlərini bərpa edib.

Bakıda bir araya gələn komanda günü iki məşqlə başa vurub. Günün ilk yarısında fiziki hazırlıq keçən futbolçular axşam saatlarında toplu çalışmalara üstünlük verib. Hər iki məşq paytaxtda baş tutub. “Qəbələ” növbəti məşqini bu gün keçirəcək. Günün ikinci yarısına təsadüf edəcək məşq prosesi Bakıda baş tutacaq.

UEFA Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunları çərçivəsində baş tutacaq “Samtredia” – “Qəbələ” matçı iyulun 7-də keçiriləcək. Zestafonidəki David Abaşidze adına stadionunda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail