"Zirə" üçün 3 yoxlama oyunu

05.07.2016 | 3402 dəfə oxunub

İyunun 22-dən təlim-məşq toplanışına start verən “Zirə” hazırlığın ilk mərhələsində üç yoxlama oyununda qüvvəsini sınayacaq.

Stadium.Az xəbər verir ki, indiyə qədər futbolçuları ikitərəfli oyunda sınaqdan keçirən baş məşqçi Adil Şükürov sabahdan etibarən yoxlama görüşlərində də komandanı meydana çıxaracaq.

Sabah “Zirə” ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “Qarabağ”la üz-üzə gələcək. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 21:00-da başlayacaq.
 
“Qartallar” hazırlığın bu mərhələsində daha iki yoxlama oyununda meydana çıxacaq. Komanda iyulun 10-da Sumqayıtda şəhərin eyniadlı klubu ilə, 14-də isə ADBTİA-nın stadionunda AZAL-la üz-üzə gələcək.
 
“Zirə” AZAL-la oyundan sonra Bakıdakı təlim-məşq toplanışını başa vuracaq. İyulun 16-da start götürəcək hazırlığın növbəti mərhələsi Türkiyədə keçirəcək və 30-dək davam edəcək toplanışda “qartallar” 3 yoxlama oyununda qüvvəsini sınayacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail