Vəli Qasımov: "Hələ Malta klubunu keçməmişik"

06.07.2016 | 4445 dəfə oxunub

"Komanda Maltadan gələndən məşq edir. Oyun vaxtını gözləyirik. İnanıram ki, yaxşı nəticə göstərəcəyik".

Stadium.Az xəbər verir ki, bu fikirləri "Neftçi"nin baş məşqçisi Vəli Qasımov bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində Maltanın "Baltsan" klubu ilə "Bakcell Arena"dakı cavab matçından əvvəl jurnalistlərin qarşısına çıxan baş məşqçi ilk oyunda qazandıqları 2:0 hesablı qələbəni arxayınlaşmaq üçün əsas görməyib:

 "Hələ Malta klubunu keçməmişik. Amma növbəti mərhələdəki rəqiblərə gəlincə, normal komandalardır. Makedoniya komandası güclüdür. Avroliqa çətindir. Nə qədər bacarsaq, qabağa gedəcəyik. Rəqib komandada yaxşı oynayan futbolçular var".

V.Qasımov müqaviləsi başa çatan braziliyalı müdafiəçi Aylton Silva ilə danışıqların davam etdiyini bildirib:

"Bu məsələ ilə bağlı konkret nəsə demək çətindir. Onun qayıdıb-qayıtmayacağını deyə bilmərəm. Bir hücumçumuz var. O da Ruslan Qurbanovdur. Hələ istədiyimiz hücumçunu tapa bilmirik".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail